image-qanunla-reklam
image-img_20211111_115140

Məşhur erməni avtoritet İrəvanda öldürüldü

image-lady-day-az

“Kanakertsi Tuy” ləqəbli erməni kriminal avtoritet Artur Qazaryan İrəvanda öldürülüb.

Qanunla.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, polisə dünən gecə saat 02:50 radələrində paytaxtın Kanaker məhəlləsindəki evlərin birində atəş açıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis evdə iki kişinin cəsədini aşkar ediblər. Daha iki nəfərin isə xəstəxanaya aparılarkən yolda öldüyü məlum olub.

Araşdırma zamanı aydınlaşıb ki, öldürülənlərdən biri “Kanakertsi Tuy” ləqəbli kriminal avtoritet Artur Kazaryandır.

Atışmanın baş verdiyi evin keçmiş deputatlardan birinə məxsus olduğu bildirilir.

Hadisəni araşdırmaq üçün istintaq qrupu yaradılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki