image-qanunla-reklam
image-529861055_1310176883795420_299282271910419308_n

Mən cənab Trampla şəxsi münasibətlərimizi yüksək dəyərləndirirəm

image-lady-day-az

Mən cənab Trampla şəxsi münasibətlərimizi yüksək dəyərləndirirəm.

Azərbaycan Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələrlə əlamətdar olub. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin keçirilməsi, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması ABŞ səfərinin uğurlu yekunudur.

İnanırıq ki, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihənin reallaşması da sülh prosesinə böyük töhfələr verəcəkdir. Prezident cənab İlham Əliyevin nikbin notlarla vurğuladığı kimi: “ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var. Burada səfərim çərçivəsində komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin təmaslar baş tutdu və gələcəkdə daha çox əməkdaşlıq olacaq. Bu gün həqiqətən də bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik”.

Prezident cənab İlham Əliyev Vaşinqton görüşlərini əhəmiyyətli hesab edir: “Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.

Görüşdə Prezident Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi sözlər xüsusilə qürurvericidir: “Siz böyük lidersiniz. Siz gözəl danışıq aparırsınız… Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”. Xatırladaq ki, Ağ Evin rəmzi açarı yüksək etimadın və dostluğun ifadəsi hesab olunur və bu açarı Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill İkinci Dünya Müharibəsi zamanı ABŞ-la sıx əməkdaşlığın simvolu kimi, Fransanın keçmiş prezidenti Şarl de Qoll Avropada müttəfiqlik münasibətlərinin rəmzi olaraq, həmçinin Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela demokratiya və insan haqları uğrunda mübarizəsinin tanınması məqsədilə alıb. Donald Tramp bu simvolik hədiyyəni daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya və “SpaceX” şirkətinin rəhbəri İlon Maska təqdim edib.

Böyük fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir və qürur duyulası diplomatik uğurlardır. Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirir. Bu diplomatik uğurları ilə Prezident cənab İlham Əliyev sübut etdi ki, o, təkcə müharibənin qalibi deyil, həm də sülhün müəllifidir.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki