Meksikanın cənubunda miqrantları daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.
Bu barədə respublika Baş Prokurorluğunun məlumatında deyilir.
Qeyd olunub ki, qəza nəticəsində 53 nəfər ölüb, xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.
Meksika prezidenti Andres Manuel Lopez Obrador həlak olan əcnəbilərin ailələrinə və yaxınlarına başsağlığı verib və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb. Bunun üçün bölgəyə mülki müdafiə qüvvələrinin milli koordinatoru Laura Velaskesin rəhbərlik etdiyi işçi qrup göndərilib.
İlkin məlumatlara görə, Qvatemala və Hondurasdan olan miqrantlar ABŞ-la sərhədə gedirmiş.


























