image-qanunla-reklam
image-1746703804-681c928ca5a5c681c928ca5a5d1746702988681c928ca5a5a681c928ca5a5b

Məhkəmə Əhməd Məmmədli barəsində həbs qərarı verdi

image-lady-day-az

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub.

Qanunla.az Apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmə Əhməd Məmmədlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.

Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki