Məhkəmə cinayəti – Prezidentə müraciət
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və eyni zamanda Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələskərova, Ali Məhkəməyə, AR İqtisadiyyat Nazirliyi ƏMDX-inə və Mərkəzi Banka
Özəlləşdirmə Çeklərini satmayan 100 minlərlə Ailə adından MÜRACİƏT
Çox hörmətli, Cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizdən xahiş edirik bizə kömək edəsiniz ki, məhkəmə özbaşınalığına son qoyulsun.
Bakı İnzibati Məhkəməsi öz qərarı ilə cinayət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələblər barədə iddiamızı mümkün saymadı.
Məhkəmə özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı üçün vətəndaşların artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdiklərini bildirir. Eyni zamanda bildirir ki, “İnzibati İcraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər və Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması haqqında məlumat maraqlı şəxsə Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.
Cənab Prezident!
Özəlləşdirmə qiymətli kağızı olan Dövlət Özəlləşdirmə Çeklərinin (Dövlət Özəlləşdirmə Paylarının) sahiblərinə dövlət əmlakı üzərində mülkiyyət hüququnu verdiyinin təsdiqi Qanunlarda, o cümlədən Mülki Məcəllənin 1078-4-ci maddədə öz əksini tapmışdır.
Mülkiyyət hüququ ilə Konstitusiyanın qoyduğu qaydanı Mülki Məcəllə də təsdiq edir. Məhz Mülki Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
Cənab Prezident!
Siz hüquqşünas deyilsiniz. Ancaq Sizin etibar etdiyiniz oliqarx məmurların, hüquqşünasların və Məhkəmə Hakimlərinin – Konstitusiya və Qanunların pozulması faktlarını – səhvləri aradan qaldırmaq əvəzinə Sizdən gizlətməsi, Sizə və Xalqa qarşı cinayətdir. Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı Bakı İnzibati Məhkəməsinin qərarındakı əsaslandırmadan məlum olur ki, “Hakimlər vətəndaşların mülkiyyət hüququnu tanıyır, lakin özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı üçün 1 illik kompensasiya müddəti ötürülüb və hüquqlarını itiriblər”. Bildiyiniz kimi, kompensasiya müddəti Qanunla ancaq və ancaq Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarıldığı andan hesablana bilər. Məhkəmələrdə Dövlət Əmlak Komitəsi nümayəndələri heç bir rəsmi sənədə əsaslanmadan – şifahi sözlə, çekləri cənab Prezident Fərmanla dövriyyədən çıxarıb dedilər. Bu, TAM yalandır. Axı Cənab Prezident, Siz öz fərmanınızda “2011-ci il 1 yanvara qədər istifadə olunmayan çeklər dövriyyədən çıxarılır” yazmayıbsınız. Siz Fərmanda açıq aydın göstəribsiniz ki, çeklər Qanunvericiliklə dövriyyədən çıxarılır.
Belə ki, cənab Prezident Sizin imzaladığınız Fərman və Qanunlarda – Qiymətli Kağızların dövriyyədən çıxarılması Qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək – yəni Qanunla buna cavabdeh Ali Dövlət Orqanı olan AR Qiymətli Kağızlar Komitəsi və AR-nın Maliyyə Nəzarət Palatası tərəfindən Özəlləşdirmə Pay(çek)ları Dövriyyədən çıxarılmayıbsa – NECƏ ola bilər ki, məhkəmədə hakimlər heç bir rəsmi dövlət sənədi olmadan şifahi söz əsasında – heç bir rəsmi sənəd olmadan qərar verib, çeklərin dövriyyədən çıxarıldığını qəbul etdilər?
Xahiş edirik ki, bunun sizin adınıza ləkə salmaq istəyənlərin cinayəti kimi qəbul edəsiniz.
İddiaçılar hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimləri qanunvericiliyi pozaraq, Bakı İnzibati Məhkəməsində ƏMDX-nin nümayəndəsinin şifahi olaraq dediyi yalan əsasında hakimlər Sizin Fərmanı öz istədikləri kimi – yəni çekləri Prezident dövriyyədən çıxarıb kimi yozaraq, heç bir hüquqi fakta və sənədə əsaslanmadan şifahi olaraq deyilmiş sözə əsasən qərar çıxardaraq çeklərin Cənab Prezidentin Fərmanı ilə dövriyyədən çıxarıldığını qəbul etməsi, Sizə və Xalqa qarşı qəbuledilməz addımdır.
Cənab Prezident!
Bu Sizin adınıza, şərəf və ləyaqətinizə ləkə salmaq istəyən oliqarx məmurların dövlət xəyanətidir. Bu oliqarx məmurların xainliyi və niyyəti ondan ibarətdir ki, uzun illərdir Xalqın onlara qarşı olan nifrətini, söyüş və qarğışlarını Sizin üzərinizə yönəltsinlər.
Cənab Prezident!
SÜBUTLAR GÖZ QABAĞINDADIR
Biz məhkəmələrə təqdim etdiyimiz Ali Dövlət Orqanlarının Rəsmi sənədləri ilə Özəlləşdirmə Çeklərinin Tədavül və Ödəmə-Tədiyyə vasitəsi kimi istifadəsinin Fərmanla dayandırılmasına baxmayaraq, hələ də Dövlət Qiymətli Kağızı kimi Dövriyyədə olduğunu TƏSDİQ etdik. AR QKK-sinin rəsmi saytında 2011-2016-ci illərə qədər dövlət qiymətli kağızı kimi özəlləşdirmə çeklərinin dövriyyədə olduğu açıq aydın yazılmışdır. Belə ki, SUAL-CAVAB BÖLMƏSİNDƏ hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir? sualına cavabda deyilir ki, hazırda özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir. Baxın: https://web.archive.org/web/20160326152215/http://scs.gov.az/muraciet/m36
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ildəki iki rəsmi cavab məktubunda 1-ci olaraq Dövlət Özəlləşdirmə Çeklərinin tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilməsi yazılır və 2-cisi bu səbəbdən 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur – yazılır. Bu Rəsmi sənədlər bütün məhkəmələrə də təqdim olunub. Məhkəmələrdə hakimlər ya bizim təqdim etdiyimiz sənədlərin yalan olduğunu əsaslandırmalı idi, ya da ən azı yalan – cinayət olaraq Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması barədə şifahi söz əsasında verdiyi Məhkəmə qərarını rəsmi Dövlət sənədləri ilə ƏSASLANDIRMALI idi. Çünki bu, Qanunların tələbidir!
Əgər çeklərin dövriyyədən çıxarılması barədə heç bir rəsmi dövlət sənədi yoxdursa, bu cür məhkəmə qərarı vermək Sizə və Xalqa qarşı cinayətdir. Bu yolla Xalqın aldadılması – Xalqa qarşı xəyanət və düşmənçilikdir. Əgər Çeklər qanunvericiliklə dövriyyədən çıxarılmayıbsa, Məhkəmə şifahi söz əsasında – heç bir rəsmi sənəd olmadan necə qərar verə bilər?
Diqqət edin!
Məhkəmə iclasları zamanı qarşı tərəf olan Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri heç bir suala cavab vermədi, imtina etdilər və hakimlər öz vəzifə borclarını yerinə yetirmədilər. Məhkəmələrdə hakimlər Qanunları pozaraq vətəndaşların İnformasiya əldə etmək hüquqlarını təmin etmədi.
Cənab Prezident!
Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Biz öz vəsatətlərimizdə və əvvəlki Məhkəmə iclasları zamanı (videoçəkilişlər olub) dəfələrlə Xahiş və Tələb etdik ki, əgər bizim təqdim etdiyimiz sənədlərə Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarına və nəzarətinə qanunvericiliklə cavabdeh olan Ali Dövlət Orqanlarının Rəsmi sənədlərinə İNANMIRSINIZSA, onda düzgün MƏHKƏMƏ QƏRARI ÜÇÜN informasiya xarakterli bu SUALLARA cavabdehlər mütləq cavab verməli və RƏSMİ SƏNƏDLƏRDƏ təsdiqi OLMALIDIR.
1) Dövlət özəlləşdirmə çeklərinin emitenti kimi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmə qiymətli kağızı olan dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması üçün Qanunvericiliklə səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Mərkəzi Bankına və ya əvvəllər buna səlahiyyətli orqan olmuş Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsinə, yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi müraciət edilibmi və edilibsə nə vaxt edilib?
2) Qanunvericiliklə Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya
əvvəllər buna səlahiyyətli və cavabdeh olan Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsi, yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarəti Palatası tərəfindən dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldımı?
3) Əgər dövriyyədən çıxarılıbsa bu hansı tarixdə, hansı normativ hüquqi akta — normativ xarakterli və qeyri-normativ xarakterli akta əsasən həyata keçirildi?
4) Əgər dövriyyədən çıxarılıbsa, dövlət özəlləşdirmə çeklərinin
dövriyyədən çıxarılması haqqında məlumat qiymətli kağızların dövlət
reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi məlumat kütləvi informasiya vasitələrində dərc olunubmu?
5) Əgər özəlləşdirmə çekləri
dövriyyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən
kompensasiyanın miqdarı nominal olaraq necə manat qoyulmuşdur?
Cənab Prezident!
Bu sualların cavabı alınmadan, heç bir araşdırma aparılmadan Məhkəmələrdə şifahi söz ilə deyilmiş bir yalana – hüquqi qüvvə vermək istəyən hakimlər Məhkəmə sisteminin adına qara ləkə salır.
Cənab Prezident!
Bunlar – Dövlətçiliyə, Sizə və Xalqa qarşı xəyanət və cinayət edənlərdir. Diqqət edin. Bunun cinayət olduğunu sübut edən Əmlak Məsələləri Dövlət Xidməti özüdür. Çünki Özəlləşdirmə Çeklərini satmayan bir qrup Şəhid Anaları və Müharibə Veteranları tərəfindən verilmiş bu 5 suala cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 20 may 2025-ci il tarixli 3-21-3/2 -Kol-237-8/2025 nömrəli Rəsmi məktubda Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığı aydın görünür. Məktubdakı 5 suala cavab olaraq ancaq Çeklərdən Tədavül və Tədiyyə vasitəsi kimi istifadə müddətinin 01.01.2011-ci ildə başa çatdığı yazılır – dövriyyədən çıxarıldığı yazılmayıb. Eyni zamanda vətəndaşların Dövlət Özəlləşdirmə Çeklərinin nə vaxt dövriyyədən çıxarılacağı barədə hələ 2016-cı ildə Əmlak Komtəsinə müraciətinə cavab olaraq onlar cənab Prezident – Sizin sərəncamınız ilə Yeni Qanun lahiyəsində bu məsələyə baxılacağı ilə bağlı məlumat yazmışdır.
Yəni uzun illərdir ƏMDX Vətəndaşların suallarına cavab olaraq heç vaxt özəlləşdirmə çeklərinin dövriyyədən çıxarıldığını yazmamışdır.
Cənab Prezident!
Məhkəmələrin köməyi ilə şifahi sözlə deyilmiş – yalana hüquqi qüvvə vermək istəyən oliqarx məmurlar öz cinayətlərini Sizin üstünüzə atmaq istəyirlər. Bu isə Sizin etibarınızdan sui-istifadə edən oliqarx məmurların cinayəti və hiyləsidir. Sizə və Xalqa qarşı düşmənçilikdir. Dövlətçiliyimizin və Sizin imicinizə ziyan vurmaq istəyən oliqarx məmurların xəyanətidir. Bu səbəbdən Ali Məhkəmə tərəfindən – ölkə daxilində bu problemin tam araşdırılması və səhvlərin aradan qaldırılması çox vacibdir.
Cənab Prezident!
Xahiş edirik, Məhkəmə qərarının yalan olduğunu təsdiq etmək – Bakı İnzibatı Məhkəməsində və Apellyasiya Məhkəməsindəki hakimlərin səhvlərini aradan qaldırmaq – üçün bu 5 suala Ali Məhkəmədə işə baxılan müddətdə Rəsmi cavab verilməsini tələb edəsiniz. Xahiş edirik ki, 700 Vətəndaşın iddiaçı olduğu bu Ali Məhkəmənin gedişini nəzarətdə saxlayasınız. Səhvlərin aradan qaldırılması üçün işin ölkə daxilində düzgün araşdırılmasına nəzarət edəsiniz.
Cənab Prezident!
Biz hamımız bilirik ki, özəlləşdirmə çekləri Qanunla dövriyyədən çıxarılmayıb. 100 minlərlə vətəndaşdan heç 1 adam, hətta 2015-ci ilə qədər Özəlləşdirmə Çeklərini Milli Depozit Mərkəzinə saxlayan heç bir biznesmen Kompensasiya almayıb. Ali Məhkəmə NƏ ETMƏK İSTƏYİR? Nə üçün insanların maddi vəziyyəti nəzərə alınmır? Məhkəmənin qərarı bütün ölkə vətəndaşlarına tətbiq olunacaqsa, QƏZETDƏ verilən bu məlumat hansı məqsəd güdür? (https://azerbaijan-news.az/az/posts/detail/ali-mehkeme-ozellesdirme-cekleri-ile-elaqedar-is-uzre-vekille-temsil-olunmadan-kassasiya-sikayetini-imzalamis-698-nefer-iddiaciya-huquqlarini-izah-etdi-1750376181/363016)
Əsaslandırma
Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublİkasının Qanunu 8-ci maddəsinə görə, “Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi hakimin vəzifəsidir. Respublikasının İnzibati Prosessual Məcəlləsinin “Məhkəmə qərarının
kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar” adlanan 92-ci maddəsinə görə, “92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:
Maddə 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda”.
96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda”.
DOSTLAR
Youtube Özəlləşdirmə kanalında VİDEOYA qulaq asın: