image-qanunla-reklam
image-img-20251103-wa0006

“MedAura” klinikasında gənc qız əməliyyat zamanı komaya düşdü

image-lady-day-az

Bakıda “MedAura” klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, bu barədə xəstənin yaxınları şikayət ediblər.

Hadisənin təfərrüatları barədə məlumat verən zərərçəkmiş şəxsin vəkili Mircəlal Muradlı bildirib ki, Budaqlı Nigar İlham qızı 30.04.2025-ci il tarixində Bakıdakı “MedAura” klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub.

Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib.

Vəkilin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.

Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.

Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

Orxan Rasifoğlu

 

image-img-20251103-wa0009 image-img-20251103-wa0001 image-img-20251103-wa0000 image-img-20251103-wa0007 image-img-20251103-wa0005 image-img-20251103-wa0006 image-img-20250910-wa0057


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki