image-qanunla-reklam
image-559138334_1359420048871103_6790070700156388576_n

MDB daxilində Azərbaycanın dayanıqlı rolunu regional əməkdaşlıq üçün yeni impulslar yaratmağa yönəlmiş təşəbbüslərinin bariz nümunəsidir

image-lady-day-az

MDB daxilində Azərbaycanın dayanıqlı rolunu regional əməkdaşlıq üçün yeni impulslar yaratmağa yönəlmiş təşəbbüslərinin bariz nümunəsidir

Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı olduqca əhəmiyyətli idi. Ölkəmizin başçısı Şuranın geniş tərkibdəki iclasında çıxışında mühüm məsələlərə toxundu. Azərbaycanın MDB məkanında hər zaman sülh və əməkdaşlığa nail olmaq üçün vacib təşəbbüslərlə çıxış etdiyi qeyd edildi.

Qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanan əlaqələrin əhəmiyyətinin böyük olduğu bildirilib. Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti vurğulanıb. Eyni zamanda Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəkləndiyini diqqətə çatdıran Prezident İlham Əliyev MDB dövlət başçılara bu məsələdə yekdil mövqeyinə görə minnətdarlığını ifadə edib. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasiminin keçirildiyi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildiyi vurğulanıb. Tədbirdə qonaqlar Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.

Sözsüz ki, MDB Dövlət Başçıları Şurasının iclası və bundan başqa Prezident İlham Əliyevin qatılmış olduğu bütün mötəbər tədbirlərdə Azərbaycanın yaratmış olduğu yeni reallıq, sülh və əməkdaşlıq istiqamətində atılan addımlar yüksək səviyyədə təqdir edilib. Regional və qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın artan nüfuzundan, güclənən mövqelərindən, qalib dövlət kimi ortaya qoymuş reallığı ehtiva edir. Bu bir reallıqdır ki, qalib və güclü Azərbaycan bu gün regional və qlobal miqyasda sülhü, əməkdaşlığı təşviq edir. Ölkəmizin ortaya qoyduğu mövqe hər bir dövlətin və xalqın maraqları müstəvisində qarşılıqlı əlaqələrin inkişafına xidmət edir”.

MDB Dövlət Başçıları Şurasının iclası və bu əsasda təşkil edilmiş digər formatlı tədbirlər müəyyən əsas mövzular üzərində daha intensiv müzakirələrin aparılması baxımından önəmlidir: “Bu platformada da bir daha Azərbaycan II Qarabağ müharibəsindən sonra yaratmış olduğu yeni reallıq, sülh, əməkdaşlıq, regional kommunikasiya xəttlərinin açılması fonunda yaranacaq situasiya önə çəkilib. Bu baxımdan da Azərbaycan üçün diplomatik platformada mövqeyini ortaya qoymaq, həm də MDB daxilində strateji maraqları dilə gətirmək üçün bu vacib imkan idi. Bu bir reallıq ki, MDB kimi platformalarda Azərbaycan aktiv iştirak edir. Sözsüz ki, Prezident İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında etdiyi çıxış, Azərbaycana diplomatik arenada müəyyən mesajlar ötürmək baxımından düşünülmüş və məqsədyönlü bir addım kimi də dəyərləndirilir. Ölkəmizin ortaya qoymuş olduğu bu mövqe MDB daxilində Azərbaycanın dayanıqlı rolunu regional əməkdaşlıq üçün yeni impulslar yaratmağa yönəlmiş təşəbbüslərinin bariz nümunəsidir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki