Rusiya hərbçilərinin Mariupol şəhərini atəşə tutması nəticəsində Kalmiusskiy rayonunda məktəb və ikimərtəbəli binaya mərmi düşüb.
“Qanunla.Az” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Polisi məlumat yayıb.
Polisin məlumatına görə, Mariupol şəhəri və Manquş qəsəbəsi atəşə tutulub.
“Bir nəfər ölüb, iki polis yaralanıb. Doqquz obyekt – doğum evi, yataqxana, ərzaq mağazası və s. dağıdılıb. Martın 1-də açılan atəşlər zamanı yaralanan uşaq bu gün xəstəxanada vəfat edib”, – məlumatda deyilir.


























