Malayziyanın Saravak əyalətində Kral Hərbi Hava Qüvvələrinin hərbçiləri arasında atışma baş verib.
Qanunla.Az xəbər verir ki, bir hərbçinin yoldaşlarına atəş açması nəticəsində 4 nəfər ölüb.
Hadisə Samarahan şəhərində hava qüvvələri stansiyasında baş verib. Yoldaşlarına atəş açan əsgər daha sonra silahı ilə intihar edib.
Faktla bağlı araşdırma aparılır.


























