Bu gün Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 69 nəfər yaralanıb.
Qanunla.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, 22 bina çöküb, 5 nəfər dağıntılar altından çıxarılıb, xəsarət alan 20 nəfər xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, yeraltı təkanlar Malatya ilə yanaşı, ətraf vilayətlərdə -Kahramanmaraş, Gaziantep, Adıyaman və Şanlıurfada da hiss olunub.


























