Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.
Qanunla.az RİA-ya istinadən xəbər verir ki, Makronun təyyarəsi hava limanına endikdən sonar yarım saata yaxın o, hava gəmisini tərk etməyib.
Fransa prezidentinin sözlərinə görə, onun səfərinin məqsədi Ukrayna ətrafında vəziyyətin pisləşməsinin qarşısını almaqdır.
Kreml isə qeyd edib ki, dövlət başçıları Ukrayna məsələsi ilə yanaşı, təhlükəsizlik təminatı layihələrini də müzakirə edəcəklər.


























