image-qanunla-reklam
image-265298015_433883921707856_2017984038235111054_n

Londonda Yeni il şənlikləri ləğv edildi

image-lady-day-az

 

Böyük Britaniya rəhbərliyi ölkədə koronavirusun “Omikron” ştammının yayılması səbəbindən Trafalqar meydanında keçirilməli olan Yeni il şənliklərini ləğv edib.

Bu barədə Londonun meri Sadiq Xan məlumat verib:

“Bu, bir çox londonluları çox məyus edəcək, lakin biz virusun yayılmasını azaltmaq üçün düzgün addımlar atmalıyıq”.

Dekabrın 8-də Britaniya hökuməti “Omikron” ştammının yaratdığı təhlükə ilə əlaqədar bir sıra məhdudiyyətlər elan edib.

Böyük Britaniyada son günlər sutkalıq 80-90 min koronavirusa yoluxma halı aşkarlanıb. Bunlar pandemiyanın başlanğıcından bəri ölkə üçün rekord göstəricidir. Yoluxanların 60 faizində “Omikron” ştammı aşkarlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki