Almaniya özünü müdafiə etmək və azadlığını qorumaq üçün Litvaya qoşunla kömək edəcək.
Qanunla.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.
“Almaniya hərbi briqadasını Litvada yerləşdirməklə biz daimi söz veririk: sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir. Bu briqada qarşılıqlı məsuliyyəti və ittifaqa sadiqliyi təcəssüm etdirir. Kim Litvanı müdafiə edirsə, Avropanı, Avropa dəyərlərini müdafiə edir. Siz isə, əziz litvalılar, bunu hər gün edirsiniz”, – Ştaynmayer bildirib.