image-qanunla-reklam
image-img-20250828-wa0015

Liderimizin bu müsahibəsi böyük nüfuzunun və hörmətinin göstəricisidir – Elşən Əzizov

image-lady-day-az

Cənab Prezident İlham Əliyev növbəti müsahibəsini Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verib və müsahibə avqustun 26-da həmin telekanalda yayımlanıb. Dünya miqyasında tanınan telekanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunulub. Son vaxtlarda ölkə baçısı cənab İlham Əliyev Avropa və dünyanın bir sıra aparıcı informasiya agentliklərinə çoxsaylı müsahibələr verib. Azərbaycanın bölgədə aparıcı mövqe tutması, cənab Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi siyasət aparan dövlət rəhbəri kimi tanınması tanınmış KİV-lərin müsahibələrlə bağlı müraciətlərini də artırıb. Cənab Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini aydın şəkildə nümayiş etdirməklə yanaşı, ölkəmizin qətiyyətli və prinsipial yanaşmasını da beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı. Cənab Prezident müsahibəsində Azərbaycanın regionda davamlı sülhə nail olunmasında maraqlı tərəf olduğunu bəyan etməklə vacib mesajlar verdi. O, gələcəkdə Cənubi Qafqazın real iqtisadi və siyasi mənzərəsini açıq şəkildə təhlil edərək özünəməxsus liderlik və natiqlik məharəti nümayiş etdirdi. Müsahibədə avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə baş tutan Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya böyük yer ayrılıb. Qeyd edilib ki, uzun illər ərzində Azərbaycan və Ermənistan müharibə vəziyyətində olub. Buna da əsas səbəb 90-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğalı, bunun nəticəsində bir milyondan çox insanın qaçqın və məcburu köçkün vəziyyətinə düşməsi olmuşdu. 1994-cü ildən 2020-ci ilə qədər zaman kəsiyində müxtəlif səviyyələrdə aparılan sonsuz və mənasız danışıqlara baxmayaraq heç bir irəliləyiş əldə edilmədi. Nəhayət ki, beş il əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Qalib dövlət olmağına baxmayaraq məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim etdi. Cənab Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan humanitar və iqtisadi yardım vasitəsilə sülhün bərqərar olunmasına dəstək verir və bu təşəbbüslər həm Yaxın Şərqdə, həm də daha geniş beynəlxalq səviyyədə Azərbaycanın rolunu gücləndirir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev regionda Azərbaycanın mövqeyini üç əsas prinsiplə formalaşdırır: ədalətli və hüquqa əsaslanan hərbi-siyasi müdaxilə, diplomatiya və vasitəçilik, həmçinin regionun iqtisadi və nəqliyyat infrastrukturu üzrə strateji təşəbbüslər. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, həm də uzunmüddətli sülh və iqtisadi inkişaf üçün regional lider rolunu təşviq edir. Cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir. Tarixi torpaqların bərpası, regionda davamlı sülhün təmin edilməsi, strateji nəqliyyat layihələrinin təşviqi, və beynəlxalq vasitəçilik missiyasının icrası. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, həm də Yaxın Şərq və Mərkəzi Asiyada təsir gücünü artıran məqsədyönlü xarici siyasətinin təzahürüdür. Dövlət başçısı mühüm bir məqama toxunaraq Vaşinqtonda imzalanan sənədin əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu razılaşma hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanımasını nəzərdə tutur və gələcək münasibətlərin beynəlxalq hüququn bu fundamental prinsipinə əsaslanaraq qurulacağını göstərir.

Cənab Prezident əlavə etdi ki, əgər qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, Azərbaycan da eyni yanaşmanı tətbiq edəcək və onların ərazi bütövlüyünü tanımayacaq. Əl-Ərəbiyyə” kanalına müsahibəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması ilə bağlı rastlaşılan problemlərdən danışıb. Dövlətimizin başçısı bildirib ki, bu işlərə əsas iki maneə ərazilərin minalanması və Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq. Sonda bunuda vurğulayaraq bildirirəm ki, cənab Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-“Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ciddi mesajlar verərək Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. Bu bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal proseslərdə fəal və prinsipial mövqe tutur. Şübhəsiz ki, bütün bunlar cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi və siyasətinin nəticəsidir.

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədri

Elşən Əzizov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki