image-qanunla-reklam
image-media-media-img_20250919_150046-43m50ft7ywz1ngcl892v-cf0bhavt7ernj21lig3s

LİDERİMİZ BMT TRİBUNASINDAN DÜNYAYA VACİB MESAJLAR VERDİ!

image-lady-day-az

LİDERİMİZ BMT TRİBUNASINDAN DÜNYAYA VACİB MESAJLAR VERDİ!

Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatının da üzvüdür. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün – Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə, BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi, qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub. BMT-yə üzv olduqdan sonra Azərbaycan dayanıqlı inkişafa dair müştərək öhdəliyimizə öz töhfəsini verməklə bərabər, BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə uyğun olaraq hərtərəfli və geniş əhatəli gündəlikdə fəal iştirakını davam etdirib. Bu səylər qlobal səviyyədə də tanınıb və qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı münasibətlərin yüksələn xətlə inkişafının nümunəsidir. Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın keçdiyi yolun sadəcə hesabatı deyil, dünya ictimaiyyətinə ünvanlanmış strateji manifest oldu. Cənab Prezidentin nitqi həmçinin əsas balansı təsbit etdi: bir tərəfdən Azərbaycan 14 ölkə üçün enerji təhlükəsizliyinin qarantıdır; digər tərəfdən isə COP29-a ev sahibliyi edərək və iqlim maliyyələşdirilməsi üzrə tarixi qərarın qəbuluna rəhbərlik etməklə “yaşıl” gündəmin liderinə çevrilib. Bu, strateji düşüncənin göstəricisidir: biz etibarlı karbohidrogen tədarükçüsü olaraq qalmaqla yanaşı, eyni zamanda bərpaolunan enerji və rəqəmsal layihələrə sərmayə yatırır, gələcəyin iqtisadiyyatını möhkəmləndiririk. Aşağı səviyyəli işsizlik və yoxsulluq, rekord dərəcədə az xarici borc, yüksək beynəlxalq reytinqlər – bütün bunlar seçilmiş kursun düzgünlüyünü təsdiqləyir. Ən əsası isə odur ki, müharibədə qələbə son deyil, yeni dövrün başlanğıcı oldu. Azərbaycan sübut etdi: münaqişədən sülhə, dağıntıdan quruculuğa, regional statusdan qlobal nüfuza keçid mümkündür. Dünya ictimaiyyəti üçün cənab Prezident İlham Əliyevin çıxışı dialoqa və əməkdaşlığa dəvət, bizim – azərbaycanlılar üçün isə qürur mənbəyi və dövlət kursunun ardıcıl, praqmatik və uzaqgörən olduğunun təsdiqidir. Azərbaycan bu gün BMT tribunasından zərərçəkmiş ölkə kimi deyil, qalib dövlət, sülh qurucusu və lider ölkə kimi danışır və qlobal ədalətə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verməyə hazırdır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Bu, Azərbaycanın təkcə regional deyil, həm də qlobal enerji xəritəsində həlledici mövqe tutduğunu göstərir. Azərbaycanın humanitar yardımlar, postmünaqişə dövründə mina təmizləmə fəaliyyəti, qaçqınların qayıdışı və “Böyük Qayıdış” proqramı kimi təşəbbüsləri də cənab Prezidentin çıxışında önə çəkildi. Bu, Azərbaycanın yalnız öz milli maraqlarını deyil, qlobal humanitar dəyərləri də müdafiə etdiyini göstərir. Çıxışın ən güclü mesajlarından biri isə ədalətli beynəlxalq münasibətlər sisteminə çağırış oldu: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.” Bu, əslində yalnız Azərbaycanın deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq vəzifəsi kimi səsləndi. Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələrin beynəlxalq müstəvidə təsdiqi oldu.

Bu nitq, Azərbaycanın ədalətli sülhün və beynəlxalq hüququn təminatçısı kimi qlobal siyasətdə güclü aktora çevrildiyini nümayiş etdirdi. Azərbaycan bu gün təkcə regional deyil, həm də qlobal diplomatiyada yeni mərhələyə qədəm qoyub. Sülh, təhlükəsizlik, enerji sabitliyi və ədalətli inkişafın dayaqlarından biri kimi özünü göstərir. Dövlət başçımızın çıxışı Azərbaycanın regionda artan rolunu nümayiş etdirdiyi və enerjidən tutmuş iqlim gündəliyinə qədər qlobal çağırışlara töhfə verdiyi yeni dövrün imza sənədi oldu. Bu, müharibəni və ədalətsizliyi yaşamış, lakin ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş, işğal nəticəsində xarabaya çevrilmiş kənd və şəhərlərini böyük əzmlə, fədakarlıqla yenidən dirçəldən, vətəndaşlarını öz tarixi, doğma yurdlarına qaytaran, öz təcrübəsini ümumbəşəri nümunəyə çevirməyi bacaran bir ölkənin çıxışıdır: “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu çağırışı təkcə dünya liderlərinə deyil, bütün beynəlxalq ictimaiyyətə mühüm siyasi mesajdır.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki