image-qanunla-reklam
image-1625295826_be58f442abf49e3e5cfa11e4cdc6cbee

“Leyla xanım qızımı o vaxt qucaqlayıb bağrına basdı və dedi ki…”

image-lady-day-az
“Leyla xanımın məqsədi o idi ki, təqdimat Moskvada olsun və ermənilər öz vəhşiliklərini görsünlər…”
“Leyla xanım bizim camaata çox köməklik edib, Heydər Əliyev Fondu bizim yaşadığımız pansionatlara həmişə yardımlar göndərib. Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyasının rəhbəri kimi Leyla xanımın xocalılara istiqanlılığını Moskvada gördüm”
Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini, səkkiz gün erməni əsirliyində ağılasığmaz işgəncələrə məruz qalan Dürdanə Ağayeva deyib. D.Ağayeva Leyla xanım Əliyevanın Xocalı sakinlərini daim diqqətdə saxladığını bildirib:
“Leyla xanım Xocalı sakinlərinə həmişə çox yüksək diqqət göstərib. Bizim camaata çox köməklik edib, Heydər Əliyev Fondu bizim yaşadığımız pansionatlara həmişə yardımlar göndərib. Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyasının rəhbəri kimi Leyla xanımın xocalılara istiqanlılığını Moskvada gördüm. İlk dəfə mənim erməni əsirliyində olduğum günlərdən bəhs edən “Erməni zindanında səkkiz gün” kitabımı Leyla xanıma çatdırmışdılar və o, kitabı oxumuşdu. Daha sonra kitabım türk dilində çıxdı və o kitabı da Leyla xanıma çatdırdıq. Daha sonra kitabın rus dilində çıxması üçün göstəriş verdi. Leyla xanımın məqsədi o idi ki, kitabın təqdimatı Moskvada olsun və kitabı ermənilər əldə edib öz vəhşiliklərini görsünlər.
Leyla xanımın bir gözəl işi də odur ki, bizim Xocalı soyqırımı zamanı hər iki valideynini itirən iyirmi beş uşaq var. Təxminən 7-8 il bundan öncə həmin iyirmi beş uşağın hər birini mənzillə təmin etdi. Hətta ev əşyalarına qədər aldırıb verdi. Bir müddət öncə isə Leyla xanım məni də sevindirdi və  mənzillə təmin etdi. Mən onunla görüşəndə demişdim ki, istəmərəm qızım müvəqqəti yerdə yaşasın və bir müddət öncə mənə zəng olundu və bildirildi ki, sizə Leyla xanım tərəfindən mənzil verilib. Bu isə mənə qarşı tamam başqa bir diqqətdir. Leyla xanımın doğum gününü təbrik edib, ona ən gözəl günlər arzulayıram. Qızımı o vaxt qucaqlayıb, bağrına basdı və dedi ki, “universiteti bitirəndə mən səni təbrik edəcəm. Sən universiteti oxumalısan, sən belə bir ananın övladısan”. Mən xocalılar adından ona minnətdarlıq edirəm. Yaxşı ki, Leyla xanım kimi insanlar bizim rəhbərimizdi. Xalqını, vətənini sevən və üstəlik 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandanımız bizim torpaqlarımızı işğaldan azad etdi. Bu gün düşmənə biz öz gücümüzü göstərdik. Biz belə xalqıq”.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki