image-qanunla-reklam
image-1651565744_0001

Lənkəran Dövlət Universitetinin tərbiyəsiz müəllimi ilə bağlı ARAŞDIRMA BAŞLANILDI

image-lady-day-az
Qanunla.az: –  Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin (LDU) müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev APA-ya bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

“Yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq”, – nazirlik nümayəndəsi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkədə LDU-nun müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki