image-qanunla-reklam
image-787n6psbdq_38778

Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi

image-lady-day-az

Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi.

Mart yaıın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə də bu müəyyən məqamlara aydınlıq gətirdi.Müsahibənin ümumi ahəngi Azərbaycanın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi: “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”.Hər layihə ikitərəfli, çoxtərəfli olur.Bu layihələr müxtəlif dövlətlərin iştirakı ilə gerçəkləşə bilərdi.Azərbaycan Respublikasının Prezidenti müsahibəsində qeyd etdi ki, “Layihəni reallaşdır¬maq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”. Dünyada yanacaq problemi var.Bu problem qarşılıqlı iqtisadi əməkdaşlıqla aradan qaldırıla bilər.Bu baxımdan Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır. Azərbay¬can Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə perspektivlərdən də söz açdı ki, bu da dünyəvi problemin həlli istiqamətində ümidverici nəticələrin optimallaşacağı deməkdir: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.Müsahibə həm də əməkdaş dövlətlərə dəyərli tövsiyə ilə tamamlandı: “Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir.Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib”.

Toğrul Abulov-Zərdab Gənclər evi SXM-in metodisti

 

 

Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır.

Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub. Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq “yaşıl enerji” sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır. Artıq “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir.

Bu məsələ martın 1-da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında razılıq əldə edilib. Sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq.Qara dəniz dibindən çəkiləcək kabel layihəsi enerji təhlükəsizliyinin daha geniş formada təmin edilməsi baxımdan mühüm addımdır.Bu da nəticə etibarı ilə təkcə sazişi imzalayan ölkələr arasında deyil, bütövlükdə Qara dəniz hövzəsi və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.Bu layihə alternativ enerji təminatı baxımdan çox böyük əhəmiyyətə malik transmilli layihə olacaq.Çünki iqlim dəyişikliyinə qarşı mübarizədə alternativ enerji istahsalı və ixracatı dünyada çox ciddi rol oynayacaq.Azərbaycanın bu təşəbbüsü gələcəyə hesablanan çox strateji hədəfidir. Bu Azərbaycanın Avrasiya coğrafiyasındakı əhəmiyyətli rolunu artırmağa və aparıcı rola və imkanlara malik ölkə olduğunu ortaya qoyacaq. Yəni bu layihə Azərbaycanın geosiyasi proseslərdə ciddi oyunçu kimi oynamasına geniş imkanlar yaradacaq.Azərbaycan tamamilə yeni marşrut olan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa ölkələrini daha geniş şəkildə qazla təmin etmiş olacaq.Artıq bu marşrutdan innektorlar vasitəsi ilə müxtəlif ölkələri özlərini qazla təmin edir və bu proses davam etməkdədir.Gələcəkdə daha çox ölkə Xəzər hövzəsindəki qazdan istifadə edəcək. Bununla da Azərbaycan Avrasiyadakı geosiyasi vəziyyətdən məharətlə yararlanmaqla bu coğrafiyanın enerji və logistik marşrut xətlərini yenidən müəyyən etməkdədir. Bu da Avrasiya coğrafiyasdında Azərbaycanın necə ciddi oyunçu olduğunu göstərən əsas amildir. Azərbaycan zamanında qlobal geosiyasi proseslərə çevik reaksiya verib adekvat siyasət yürütməklə bu uğurlara imza atıb.Əminəm ki, qarşıdakı mərhələdə Azərbaycan bu istiqamətdə qoyduğu hədəflərə nail olacaq.Bu həm ölkəyə daha böyük həcmdə investisiyaların cəlb olunmasında, həm ölkəsinin iqtisadi vəziyyətinin inkişaf edərək əhalinin sosial vəziyyətinin yaxşılaşması, həm milli təhlükəsizliyinin etibarlı təmini, həm də beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində, yeni-yeni imkanların açılmasında öz müstəsna rolunu oynayacaq”.

Cəvahir Murtuzayeva -Zərdab Gənclər evinin psixoloqu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki