“Ukrayna xalqı öz tarixini, mənəvi-əxlaqi dəyərlərini unutmağa təslim olub”.
Qanunla.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Tarixi, mənəvi-əxlaqi dəyərləri, öz köklərini unutmağa məcbur edilmək… İndi bütün bunlar Ukraynada gördüyümüz hadisələrin əsas səbəblərindən birinə çevrilib ” , – Lavrov bildirib.
Lavrov əlavə edib ki, ABŞ və Avropa Ukraynada açıq rusofob nasist rejimini hakimiyyətə gətirməyə çalışıb. Nazirin sözlərinə görə, bu məqsədə çatmaq üçün Qərb dövlətləri rus köklərini unudaraq Ukrayna cəmiyyətində sosial amneziyaya səbəb olan ideyalar da yayıblar.