Vəziyyət olduqca çətindir. Avropa qitəsində misilsiz bir güvən böhranı yaşanır. Şərqə doğru bölünmə xətləri çəkilir.
Qanunla.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O, Qərb ölkələrinin beynəlxalq hüquq normalarına riayət etmədiklərini, Rusiyanın və müttəfiqlərinin daxili işlərə müdaxilə etdiklərini bildirib:
“AB ilə “dürüst” və “bərabər” əməkdaşlığa hazırıq. Bu, yeni dostca olmayan addımlara, gücə əsaslanan qarşılıqlı əlaqə cəhdlərinə və daxili işlərimizə müdaxiləyə reaksiya verməyəcəyimiz anlamına gəlmir.
Siyasi təmasların qurulmasının vaxtı gəlib”, – Lavrov bildirib.


























