image-qanunla-reklam
image-370550403_856669155812864_5324897855583642109_n

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək arxitektura tələbləri əsasında və keyfiyyətlə aparılır

image-lady-day-az

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək arxitektura tələbləri əsasında və keyfiyyətlə aparılır

 Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır ki, bu da 144 mənzil deməkdir.

Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. La­çı­nın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infra­struk­tur yaradılır.

Laçın rayonunun sənaye zonasında mebel fabriki də inşa edilir.

Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin mayın 28-də Laçına növ­bəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq demişdi: “Biz öz doğma torpaqları­mı­zı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərən­camı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Hazırda Qarabağın sosial-iqtisadi inkişafı üçün ciddi baza, infrastruktur yaradıldılmışdır

Son illər Prezident İlham Əliyevin həm daxili, həm xarici səfərləri intensivləşib. Bu da dövlətimizin başçısının xarici və daxili siyasətinin güclənməsindən xəbər verir. Bu gün nəinki Qarabağ, hətta bütün regionlar birbaşa dövlətimizin başçısının nəzarəti altındadır. Artıq 3 il olacaq ki, müharibə bitib və bəlkə də dünya tarixində görünməyən sürətlə vəhşi qonşularımızın xarabalığa çevirdiyi Qarabağ nəinki bərpa olunub, hətta sahiblərinə təhvil verilib. Prezidentin adət halını almış bu səfərləri Qarabağa həyat bəxş edir. Cəmi 9 aya Laçın bərpa olundu. Bu da Azərbaycan dövlətinin prinsipiallığından xəbər verir.

Hazırda Qarabağın sosial-iqtisadi inkişafı üçün ciddi baza, infrastruktur yaradıldılmışdır. Azərbaycan postmüharibə dövründə təkcə abadlıq-quruculuq işləri ilə məşğul olmadı. Bu qısa müddətdə həm erməni separatçılığı ilə mübarizə aparılıb, həm beynəlxalq aləmin təzyiqləri qarşısında tab gətirilib, həm də diplomatik cəbhədə böyük uğurlar qazanılıb. Həqiqətən Azərbaycan hakimiyyətinin uzaqgörənliyi Ermənistan rəhbərliyinin Qarabağla bağlı bütün planlarını alt-üst etdiyi kimi artıq ümidlərini də məhv edib. Bu Qayıdışlar təkcə zəfərin, qalibiyyətin təntənəsi deyil, həm də Azərbaycan xalqının gələcəkdəki hüquqlarının da qorunmasıdır.

Laçında təşkil olunan bayram tədbiri, atəşfəşanlıq, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Keçmiş məcburi köçkünlərlə görüşdə dövlətimizin başçısının Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi Azərbaycan dövlətinin tarixinin ən böyük qürur salnamələrindəndir. Prezidentin Laçına səfəri zamanı sakinlər qarşısında çıxışında, verdiyi siyasi mesajlarda müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul edir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma dünya dövlətlərinin, beynəlxalq təşkilatların da diqqətindən yayınmır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb

Azad olunmuş digər ərazilərimiz kimi, bu gün Laçın da dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında məskunlaşacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı sübut etdi ki, bizim heç kimin torpağında gözümüz yoxdur, öz torpağımızı da biz heç kimə verən deyilik. Azad olunmuş ərazilərdə aparılan sürətli quruculuq işləri Azərbaycan xalqının qurub-yaradan olmasının göstəricisidir. Avqustun 26-da Laçın Şəhəri Günü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə keçirilən bayram tədbiri də böyük maraq doğurdu. Laçın şəhərinə həyatın qayıtmasını əks etdirən bu tədbir tariximizin ən qürurlu səhifələrindən biridir.

Laçının işğalı nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Cari il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaq. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Avqustun 26-da Laçın Şəhəri Günü böyük təntənə ilə qeyd edildi

Ermənistan tərəfindən 30 il müddətində davam etdirilmiş işğal siyasəti Azərbaycan xalqı üçün təkcə torpaq itkisi ilə nəticələnməmişdi. Bu proses həm də neqativ yüklü mənəvi-psixoloji təsirlər yaradırdı. Biz bir xalq olaraq, az qala ilin hər bir ayında hansısa rayonun, şəhərin işğal gününü yad edirdik. Torpaqlarımızın geri qaytarılması yönündə mübarizə əzmimizin yaşaması naminə işğal tarixlərini xatırlayırdıq. Fevraldan başlayaraq sentyabra qədər hər bir ayda xatırlanan bu təqvimlər öz növbəsində xalqda, xüsusilə uşaqlarda və gənclərdə ruh düşkünlüyü, bədbinlik, ağır ovqat yaradırdı. İşğal tarixləri neqativ sindroma, kabusa çevrilərək bizi il boyu təqib edirdi. Xalqımız Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci ildə bu problemi böyük mənada həll etdi. Vətən müharibəsinin nəticəsi olaraq, ərazi bütövlüyümüz bərpa edildi. Laçın rayonu da daxil olmaqla, işğala məruz qalmış ərazilərimiz geri qaytarıldı. İndi həmin ərazilərdə rayon və şəhərlərimizin geri alınması şərəfinə təsis edilmiş Şəhər Günləri qeyd edilir. Bu mənada “Şəhər Günü” tədbirlərinin keçirilməsi 30 il ərzində formalaşmış neqativ yüklü sindromu məhv etdi.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin hər birində şəhər günlərinin keçirilməsi haqqında Sərəncam verib. Buna uyğun olaraq, şəhər günləri təsis edilib. Laçında Şəhər Günü də bu Sərəncam çərçivəsində tarixdə ilk dəfə qeyd edilir. Avqustun 26-sı Laçın şəhərinin işğaldan azad edilməsi günüdür. Düzdür, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq, Laçın rayonu 2020-ci il dekabrın 1-də işğaldan azad edildi. Amma Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri Azərbaycanın nəzarətində deyildi. Ötən ilin avqustun 26-da Zabux və Sus kəndlərində Azərbaycanın nəzarətinin bərpa edilməsi ilə Laçın şəhəri işğal elementlərindən tamamilə təmizləndi. 2023-cü il mayın 28-dən etibarən isə laçınlılar öz doğma yurdlarına qayıdırlar.

Avqustun 26-da Laçın Şəhəri Günü böyük təntənə ilə qeyd edildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın həmin tədbirlərdə iştirak etmələri xüsusi coşqu yaratdı. Biz bu tədbiri izləyərkən orada iştirak edən uşaqların, gənclərin necə yüksək ovqatda olduqlarını, Prezident İlham Əliyevlə görüşərkən necə fərəh duyduqlarını gördük. Bu cür tədbirlər insanlarımız arasında qalib-qəhrəman xalq obrazını formalaşdırır. Gənc nəsildə, uşaqlarda ruh yüksəkliyi yaradır. Eyni zamanda, düşüncələrimizi neqativ sindromlardan xilas edir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki