image-qanunla-reklam
image-3200dca916908752924108443701019639

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması

image-lady-day-az

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması.

Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu 30 il Ermənistan tərəfindən işğal altında saxlanan  torpaqlarımızı işğaldan azad etdi. 30 il ərzində erməni vəhşiləri şəhərlərimizi, kəndlərimizi viran qoymuşdular, insanlarımıza qarşı dəhşətli soyqırım törətmişdilər.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.

İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz tək həmin rayonların sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün doğma və əzizdir. Laçın rayonunun işğaldan azad edilməsinin xüsusi önəmi var. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətilə Ermənistanı birləşdirən yol Laçın şəhərindən keçirdi. İstər işğal dövründə, istərsə də Vətən Müharibəsindəki gələbəmizdən sonra Ermənistan bu yolla Qarabağdakı separatçıları silah-sursatla təmin edirdi. Prezident cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Laçın şəhəri, Zabux və Sus kəndlərindən keçən Qarabağı Ermənistanla birləşdirən yol yeni yolla əvəzləndi. Bununla da Laçın rayonu tamamilə Azərbaycanın nəzarətinə keçdi.

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi qurulmuşdur.

 

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki