Qanunla.az xəbər verir ki, Q.Paşayeva dövlətimizin, xalqımızın İraqda yaşayan soydaşlarımız və bütövlükdə dünya azərbaycanlıları ilə bağlı məsələlərə daim həssasılıqla yanaşdığını bildirib.
Professor Qəzənfər Paşayevin Kuzəçinin “Kərkük şairləri” ikicildliyi və digər toplular əsasında nəşrə hazırladığı “İraq-Türkman poeziya antologiyası”nın ictimaiyyətə təqdim olunduğunu xatırladan millət vəkili mədəni və ədəbi əlaqələrin genişlənməsinin vacibliyini diqqətə çatdırıb.
Şəmsəddin Kuzəçi Azərbaycan və ümumən türk dünyası ilə İraq türkmanları arasında mədəni humanitar istiqamətdə layihələrin daha da artmasının önəmi barədə fikir və təkliflərini bildirib.
Kuzəçi Q.Paşayeva və F.Balakişiyevaya Kərkük Kültür Dərnəyinin Fəxri Diplomunu və Fəxri üzvlük sənədini təqdim edib.
Q.Paşayeva və F.Balakişiyeva Kuzəçiyə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıblar.



















