image-qanunla-reklam
image-img_20211119_085948

Körpə ikən anasını itirən şəhid…

image-lady-day-az

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan 7 hərbi qulluqçumuzdan biri də əsgər Murad Xəlilovdur.

Qanunla.Az-ın məlumatına görə, 19 yaşlı şəhidimiz ailənin yeganə oğlan övladı olub. O, bacısı İlahə ilə birlikdə anasız böyüyüb.

Belə ki, Muradın anası 22 yaşında dünyasını dəyişib. Bu zaman Murad Xəlilov 1 yaş 8 aylıq olub. Anasının vəfatından sonra şəhidimiz nənəsinin himayəsi altında böyüyüb.

Murad Xəlilov şəhid olmazdan təxminən 10 gün öncə məzuniyyətə gəlibmiş.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü şəhidimiz doğulduğu Şəmkirin Çinarlı qəsəbəsində torpağa tapşırılıb.

Fotoda şəhidimizin bacısı İlahə Ağayeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki