image-qanunla-reklam
image-fotojet-2021-12-10t102822-673

Koronavirus xəstələri ictimai yerlərdə: Şəxsi avtomobilləri ilə gəzintiyə çıxdılar – FOTO

image-lady-day-az

 

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində aktiv koronavirus xəstəsi rayon ərazisində avtomobillə hərəkətdə olarkən aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, COVID-19 xəstəsi olan rayonun Xıllı qəsəbə sakini Seyran Rəhimova ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib, infeksiyanın yayılmasına real şərait yaradıb.

S.Rəhimov idarə etdiyi avtomobillə qəsəbə ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Faktla bağlı həmin şəxs barəsində Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, COVID-19 testlərinin nəticələri pozitiv olan Sabirabad rayonu Ulacalı kənd sakini Aqil Məmiyevə və Yolçubəyli kənd sakini Ələkbər Ələsgərova ev şəraitində müalicə təyin olunsa da, həmin şəxslər yaşadıqları ünvanları tərk ediblər.

Polis əməkdaşları tərəfindən qaydaları pozan hər iki şəxs tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Hər iki şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə, Tərtər və Yevlax Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən rayon sakinləri – Miryusif Həsənov, Fuad Hüseynov və Xalıqverdi Hüseynovun özünütəcrid müddəti bitmədən müalicə aldıqları ünvanları tərk etdikləri müəyyən olunub.

Saxlanılan şəxslərin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini Elşad Hacıyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalara riayət etməsi tapşırılıb.

Lakin həmin şəxs özünə məxsus avtomobillə  şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən aşkarlanıb.

Onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə geri qaytarılıb.

E.Hacıyev barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki