image-qanunla-reklam
image-media-609a1acaa31024adbdc7206f-uvc60sbamglxwn2jp4r9

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir

image-lady-day-az

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

 Azərbaycan Respublikasının Konstitusiyasının hər bir maddəsi və bəndi etik normaların göstəricisidir. Həm Konstitusiyada və həm də Ulu Öndərin çıxışlarında dövlətçiliklə yanaşı, demokratik prinsiplər, insan azadlığı və bunların funksiyaları təsbit olunmuşdur. Heydər Əliyevin müdrik kəlamlarında əsas məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və qanunlara əməl etməli, dövlət və ictimaiyyət qarşısında öhdəlikləri layiqincə yerinə yetirməli, milli-mənəvi dəyərləri qorumalı, ən əsası isə dövlətin quruculuq siyasətində fəal iştirak etməlidir.

Konstitusiya, suverenlik, demokratiya və insan haqlarında əsas müddəalara gəlincə isə qeyd etməliyik ki, Azərbaycan özünün çoxəsrlik dövlətçilik ənənələrini və tarixi faktlarını, həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olması və keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək maddələr təsbit etmişdir. Biz buna Konstitusiya deyirik. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”. Belə bir şəraitdə, yəni ölkəmizin yenicə müharibə şəraitindən çıxdığı bir dövrdə hər bir vətəndaşın ən mühüm vəzifəsi Konstitusiyanı daha dərindən öyrənmək və onun müddəalarına ciddi əməl etməkdir.

Heydər Əliyev təkcə konstitusiya,  demokratiya və insan haqlarında deyil, bütün sahələrdə milli-mənəvi dəyərlərin, etik normaların inkişafına, tətbiqinə səy göstərmişdir. Ulu Öndərin fikrincə, ölkədə mili-mənəvi dəyərlər qorunarsa, vətəndaş azad olarsa dövlət qüdrətli və güclü olar. Əgər sülh və təhlükəsizlik təmin olunmasa nə demokratiya, nə iqtisadiyyat,  nə də insanların firavan həyatı ola bilər. Güclü dövlətə, demokratik prinsiplərə və insan azadlığına sahib olmaq üçün yalnız dövlətin arxasında möhkəm dayanmaq və öhdəmizə düşən vəzifələri vicdanla və ləyaqətlə yerinə yetirmək lazımdır.

Ulu Öndərin fikirlərini təhlil etdikdə məlum olur ki, demokratiya dedikdə təkcə insan haqları, siyasi plüralizm, söz, vicdan azadlığı və digər məsələlər nəzərdə tutulmur. Demokratiya həm də daha geniş bir məna kəsb edir. Çünki demokratiya hər bir millətin milli-mənəvi dəyərlərinə, mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir və təbii ki, bu prosesdə etik normalar da özünü göstərir.

 

 

 

Aliya Rüstəmova –  Zərdab rayonu, Əlibəyli kənd tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki