Konstitusiyamız qürur mənbəyimizdir
Bu gün müstəqil Azərbaycan dövləti çoxəsrlik tarixinin ən yüksək inkişaf mərhələsiniyaşayır.Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 30 il ötür. Bu, müstəqil dövlətçilik yolunda əzmlə irəliləyərək ən böyük uǧurlara imza atan istənilən dövlət üçün son dərəcə əlamətdar bir tarixdir. Bu tarixi bizim üçün müstəsna edən amil isə həm də bundan ibarətdir ki, əsas Qanunumuzun qəbulunun 30-cu ildönümünə dövlətimiz Konstitusiyamızın bəyan etdiyi əsas niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə gəlib çatmışdır.Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisədir. Bu qərar milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olmaqla yanaşı, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin dövlətimizə ən qiymətli mənəvi miraslarındandır.Konstitusiya Azərbaycanın ümummilli mənafeləri ilə baǧlı bütün məsələlərin yalnız xalqın iradəsi əsasında həll olunmasının mümkünlüyünü təsbit etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası hamçinin Azərbaycan dövləti qarşısında duran başlıca vəzifələri və başqa dövlətlərlə münasibətlərin əsaslandıǧı prinsipləri müəyyənləşdirir.Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa şəxsi toxunulmazlıq, vicdan və söz azadlıǧı, bərabərlik, azadlıq hüquqları verir.Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyənləşdirən, onun ümumi inkişafının təxmini konturlarını özündə ehtiva edən sənəd kimi tarixə düşdü. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan dövləti önümüzdəki mərhələni də dayanıqlı inkişafının daha bir möhtəşəm mərhələsinə çevirəcək, Konstitusiyamızın qəbulundan ötən növbəti onillikləri yeni-yeni tarixi nailiyyətlərlə qeyd edəcək.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


















