image-qanunla-reklam
image-1638130698-konqojpg-1610723651

Konqoda silahlı şəxslər 12 nəfəri ÖLDÜRDÜ

image-lady-day-az

Naməlum şəxslərin Konqonun şimal-şərqindəki İturi əyalətində yerləşən kəndə hücumu nəticəsində azı 12 nəfər ölüb.

Qanunla.Az  xəbər verir ki, hücumda CODECO qrupunun silahlıları şübhəli bilinir.

“12 cəsəd noyabrın 28-də Cuqu ərazisindəki Drodro kəndi yaxınlığında tapılıb. Yerli vətəndaş cəmiyyəti qeyd edir ki, onlar bu səhər CODECO yaraqlılarının hücumundan sonra tapılıb”, – “Okapi” radiosunun açıqlamasında deyilir.

Bildirilib ki, Konqonun silahlı qüvvələrinin mövqeləri və məcburi köçkünlərin yerləşdiyi yerlərə hücum edilib. Mənbələr qeyd edib ki, ölənlərin sayı 23-ə çata bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki