image-qanunla-reklam
image-media-2-p50xiw9846jnm7cztq1k

Konqo Respublikası ilə Azərbaycan arasında mühüm əməkdaşlıq istiqaməti olan siyasi əlaqələr bundan sonra da uğurla inkişaf edəcək

image-lady-day-az

Konqo Respublikası ilə Azərbaycan arasında mühüm əməkdaşlıq istiqaməti olan siyasi əlaqələr bundan sonra da uğurla inkişaf edəcək

Aprelin 4-də ilk dəfə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfər edib. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu sənəd bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.

İki ölkə arasında mühüm əməkdaşlıq istiqaməti olan siyasi əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq. Ölkələrimiz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Qoşulmama Hərəkatına Azərbaycanın 4 illik sədrliyi dövründə Konqo hər zaman ölkəmizin işinə dəstək verərək hərəkatın institusional inkişafına töhvə vermişdir. Məhz Azərbaycanın rəhbərlik etdiyi dövrdə Qoşulmama hərəkatı güclü təşkilata çevirildi. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama hərəkatının 121 üzvü var. Təşkilatın nüfuzunun və təsir dairəsinin genişləndirilməsi ölkələrimizin ortaq marağlarından biridir.

Azərbaycanın Qoşulmama Hərəkətına sədrliyi dövründə fəaliyyətinin əsasının neokolonializmə qarşı mübarizə məsələləri təşkil edib və hal-hazırda da bu siyasət davam etdirilir. Məhz Azərbaycanın təşəbbüsü ilə Bakı Təşəbbüs Qrupunun yaradılması və qurumun dünya miqyasındakı nüfüuzu, artan fəallığı real nəticəyönümlü işlərlə göz önündədir. Bu beynəlxalq qurumun əsas vəzifəsi müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək və onları hüquq çərçivəsində azadlığa qovuşmalarını təmin etməkdir.

Görüş çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”; “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” onu göstərir ki əlaqələrin inkişafı strateji əhəmiyyət daşıyır və yaxın gələcəkdə qarşılıqlı təmasların daha da artacağı gözlənilir.

İqtisadi sahədə Azərbaycan Konqo ilə bağlı bir sıra investisiya layihələrində iştirak etmək niyətindədir və ən başlıca sahə kən təsərrüfatıdır. Bununla bərabər bərpəolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir

Aprelin 3-də Konqo Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan-Konqo sənədlərinin imzalanmasından sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.

Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi hazırkı rolu onu mühüm geosiyasi, eləcə də beynəlxalq imicə malik ölkəyə çevirib. Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi iştirak edir. Azərbaycan Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir. Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.

Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilib.

İki ölkə arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə çox önəmli sənəddir. Bu sənəd Azərbaycan və Konqo arasında gələcək əməkdaşlığın perspektivlərinin müəyyən edəcəkdir.  Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri və imzalanmış sənədlər belə deməyə əsas verir ki, hər iki ölkə münasibətlərdəki hazırkı inkişaf tempini daha da yüksəltməkdə və mövcud potensialdan maksimum yararlanmaqda israrlıdırlar. Tərəflər iqtisadi, kənd təsərrüfatı, mədəni və ümumilikdə humanitar sahələrdə əməkdaşlıq üçün mövcud olan bütun imkanlardan yararlanmaqla nümunə sayılacaq bir birlik nümayiş etdirirlər.

Bu gün Azərbaycan və Konqo arasında beynəlxalq təşkilatlar, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da təsisata sədrliyi dövründə Afrika ölkələri ilə əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib. Konqo Prezidenti Deni Sassu-Nqessonun  ölkəmizə etdiyi səfərdən sonra əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycanın ümumilikdə Afrika ölkələri ilə yaxşı əlaqələri mövcuddur

Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması diqqətdən kənarda qalmır. Dövlətimizin xarici siyasəti çoxşaxəlidir. Ədalətə və beynəlxalq hüquqa söykənən xarici siyasətimiz diplomatik uğurlarımızın  davamlılığında, Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasında, yeni əməkaşlıq formatlarının və sülh gündəliinin müəllifi kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Təkcə cari ilin arxada qalan dövründə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara, ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə və əhatə etdikləri mövzulara diqqət yetirmək kifayətdir. Hər bir tədbir, həmçinin reallaşan qarşılıqlı səfərlər Azərbaycanın artan nüfuzu ilə yanaşı, ayrı-ayrı sahələrdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir. Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri bütün bu məqamlara bir daha diqqəti yönəltdi. Azərbaycanın iqtisadi imkanları geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. O da məlumdur ki, Konqo təbii resurslarla zəngin, neft hasil və ixrac edən ölkədir. Konqo inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın zəngin bərpaolunan enerji potensialına malik olması beynəlxalq səviyyədə təqdir edilir. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan bu il mötəbər tədbirə-COP29-a ev sahibliyi edəcək. Prezidentlərin təkbətək, həmçinin geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında COP29 xüsusilə diqqətdə oldu.

Prezident Deni Sassu-Nqesso bəyanatında Konqonun Azərbaycanın yaxınlarda digər ağır mübarizə – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayır: “Çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Onu da bildirdi ki, ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayır, Azərbaycan rəsmilərini iqlim dəyişikliklərinə qarşı mübarizədə Konqonun yanında olmağa dəvət edir. Bu mühüm məqamı da qeyd etməliyik ki, Konqo Prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, məzmun, mahiyyət nöqteyi-nəzərindən bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və  əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq. Azərbaycanla Konqonun münasibətləri daha yüksək mərhələyə keçəcək.”

Azərbaycanın ümumilikdə Afrika ölkələri ilə yaxşı əlaqələri mövcuddur. Cənab İlham Əliyev mətbuata bəyanatında da bu faktı xususi diqqətə çatdırdı ki, vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar. Biz bu ənənəni bərpa etmək istəyirik və müvafiq göstərişlər verildi.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən müsbət qarşılanır və dəstəklənir

Cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın xarici siyasətinin uğurlarından, hədəflərdən danışarkən onu da vurğuladı ki, Qoşulmama Hərəkatına sədrlik dövründə prioritetlərimiz sırasında  neokolonializmə qarşı mübarizə məsələləri dayandı. Bu gün də bu belədir. Xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradıldı. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu hazırda dünya miqyasında böyük hörmətə malik olan qurumdur.

Ölkəmizin tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhü təmin etmək üçün Ermənistana sülh təklifini etməsi də bunun bariz nümunəsidir. Bəzi dünya gücləri bu prosesin  qarşısını almaq, regionda gərginlik yaratmaq üçün cəhdlər göstərməkdə davam edirlər. Aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etməsi, Azərbaycanın haqlı iradlarına baxmayaraq bu gün  Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında  üçtərəfli görüşün keçirilməsinin nəzərdə tutulması və sair kimi addımlar hazırlanan ssenarilərin mahiyyətinin açıqlanmasında yardımçıdır. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinkenin dövlət başçısı İlham Əliyevə zəng edərək  üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini bildirməsi ölkəmizin söz sahibliyinin, yaratdığı reallıqların dünya gücləri tərəfindən qəbul olunmasının nümayişidir.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti daim uğurlarının davamlılığını, dünya miqyasında nüfuzunun artmasını şərtləndirir: “Bu gün Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyini daha da möhkəmləndirir. Dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verən Azərbaycanın bərpaolunan enerji sahəsində də təcrübəsinin öyrənilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. COP29 bu çağırışların və onların fonunda yeni əməkdaşlıqların təqdimatı olacaq.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki