Kolumbiyada yaquarundi pişiyi ailəsindən olan nadir albinos bala xilas edilib.
Üşüyən və hürkən heyvan baytarlara təhvil verilib. Həkimlər onu yemləyib əlavə müayinədən keçiriblər.
Heyvanın Medellindəki vəhşi təbiət qoruğuna göndəriləcəyi bildirilib.
Qeyd edək ki, albinos yaquarundiyə təbiətdə ümumiyyətlə, olduqca nadir rast gəlinir. Belə heyvan Kolumbiyada ilk dəfə görülüb.


























