Qeyri-müəyyənliyin və təhdidlərin heç vaxt səngimədiyi bir bölgədə uzun mənzilli hava hücumundan müdafiə sisteminə ehtiyacın bir hissəsi olaraq alınan S-400-lər üzərində mübahisə yaratmaq cəhdini görürük. Hər şeydən əvvəl diqqətdə saxlamalı və yaxşı başa düşməli olan ən vacib məqam budur: Müdafiə və təhlükəsizlik məsələsi gündəlik siyasətdən kənarda qalmalı olan bir məsələdir və 84 milyon insanı, yəni ölkəmizin sakinlərini narahat edir.
Qanunla.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Onun sözlərinə görə, xüsusən də Rusiya-Ukrayna böhranı S-400-lərə ehtiyac olduğunu təsdiqləyir:
“S-400-ün müdafiə silahı sistemi olduğu və bu silah sisteminin alınmasının seçim deyil, zərurət olduğu bütün səviyyələrdə davamlı olaraq vurğulanıb. Milli müdafiə nazirimiz də hamıya açıq və şəffaf şəkildə dedi: Əgər hücum, təhdid yoxdursa, bu, heç kimə zərər verməyən bir sistemdir.
Bizim prioritetimiz 84 milyonluq ölkəmizin təhlükəsizliyidir. Bu, bizim Rusiyadan, müttəfiqlərimizdən aldığımız sistemdir.
Kim ölkəmizə raketlə hücum etsə, sistem tətbiq olunacaq. Onlar da deyirlər ki, S-400 anqarda gözləyir. S-400-lər gözləməli olduqları yerdə gözləyirlər. Təbii ki, bunlar məxfi məsələlərdir. Zəruri hallarda bu sistemin istifadəsi üçün bütün lazımi hazırlıqların edildiyini və prosesin lazım olduğu kimi davam etdiyini bilirik”.


























