image-qanunla-reklam
image-1638159757_kim-en-inin-nufuzunu-sarsitmamaq-ucun1

Kim Çen Inın nüfuzuna xələl gətirməmək üçün ölkədə dəri plaş geyinmək qadağan edildi…

image-lady-day-az

Şimali Koreya polisi küçələri dolaşaraq mağaza satıcılarından və hətta sakinlərdən ölkə lideri Kim Çen Inın geyindiyinə bənzəyən dəri plaşları müsadirə edir.

 

Qanunla.Az bu barədə “İnsider” nəşrinə istinadla xəbər verir. Amerika nəşrinin yazdığına görə, Koreya Əmək Partiyasının fikrincə, ölkədə “güc simvolu” kimi məşhurlaşmış dəriəvəzləyicidən tikilmiş ucuz plaşlar Kim Çen Inın imicini gözdən salır.

 

“İnsider” yazır ki, Şimali Koreya sıravi vətəndaşların Kim Çen Inın üslubunu təkrarlamasının qarşısını almaq üçün ölkə liderinin geyindiyi paltarlara bənzər dəri plaşları qadağan edib. Qəzetin qeyd etdiyi kimi, hökumət şimali koreyalılar Kim Çen Inın üslubunu təqlid etməyə başlayandan sonra belə bir qadağa tətbiq edib. Dəri plaşlar 2021-ci ilin yanvarındaKoreya Əmək Partiyasının VIII Konqresinin başa çatması münasibətilə keçirilən hərbi paradda KXDR lideri və digər yüksək rütbəli məmurların onda görünməsindən sonra populyarlıq zirvəsinə çatdı.

 

Qarderob elementi ölkə liderinin bacısı Kim Yo Çjon tərəfindən geyiləndən sonra şimali koreyalı qadınlar arasında da ona tələbat yarandı. Şimali Koreyanın anonim mənbələrinə görə, dəri plaşlar güc simvolu hesab olunmağa başlayıb.

 

Bununla belə, ölkədə təbii dəri məmulatları çox bahadırkəl dərisindən bir plaş təxminən 34 dollara başa gəlirsüni dəri məmulatı isə yarı qiymətə, təxminən 16 dollara satılırBu aradahətta bu məbləğ də sıravi vətəndaşlar üçün böyükdürCənubi Koreyanın JoongAng Daily” nəşrinin məlumatına görə, 2018-ci ildə ölkədə orta işçinin illik maaşı təxminən 201 dollar təşkil edirdi kibu da iki aylıq əmək haqqına başa gələn təmiz dəri gödəkçəni lüks əşyaya çevirir.

 

Bu, geyim istehsalçılarını daha ucuz süni dəri versiyalarını hazırlamağa sövq etdi və nəticədə dəri məhsulları ölkə daxilində bazarlarda və mağazalarda görünməyə başladı. Bunun fonunda Şimali Koreya polisi küçələri dolaşan xüsusi patrul dəstələri yaradıb və onlar satıcılardan, eləcə də belə paltarda görünən sakinlərdən plaşları müsadirə edir. Mənbə qeyd edib kibuvətəndaşların narazılığına səbəb olur və onlar israr edirlər kiplaşları öz pullarına alıblar və onları aparmağa heç bir əsas yoxdur”.

 

Polis öz hərəkətlərini partiyanın mövqeyi ilə əlaqələndirir və hesab edir kibuKim Çen Inın imicini gözdən salır və onun nüfuzuna xələl gətirirOnlar ictimaiyyətə dəri plaş geyinməməyi tapşırırlar, çünki buonu kimin geyinə biləcəyinə qərar verən partiya direktivinin bir hissəsidir”, – deyə mənbə bildirib.

 

Ancaq adının çəkilməsini istəməyən başqa bir mənbəyə görə, Şimali Koreyada dəri plaşlar bir neçə müddətdir kipopulyardırBu qarderob əşyası xüsusən 2000-ci illərin əvvəllərində cənubi koreyalı aktyor Çan Don Qon tərəfindən geyinildikdən sonra diqqəti çəkmişdi“Məhz həmin vaxt Cənubi Koreya filmləri əyalət şəhərlərində yayılmağa başladı və cənubi koreyalı aktyor Çan Don Qonun geyindiyi dəri plaş dəbə mindi və o, hələ də dəbdən düşməyib”, – deyə “İnsider” nəşri mənbənin sözlərindən sitat gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki