image-qanunla-reklam
image-media-536587470_1320338182779290_3978971016848485572_n-0tzkovr82hwuayi4x53m

Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi

image-lady-day-az

Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi.

2025-ci il avqustun 21-də Prezident cənab İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri Azərbaycanın müasir siyasi tarixində 32 ildən sonra reallığa çevrilmiş “Böyük Qayıdış”ın növbəti mərhələsini ifadə edən, həm tarixi ədalətin bərpasını, həm də dövlətimizin gücünü nümayiş etdirən simvolik addım idi. Dövlət başçımızın çıxışında səsləndirdiyi məqamlar Kəlbəcərin strateji əhəmiyyətini, xalqımızın qayıdış iradəsini və dövlətimizin gələcəyə yönəlmiş inkişaf konsepsiyasını bir daha üzə çıxardı. Cənab Prezidentin “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” sözləri Kəlbəcərin işğaldan azad olunmasının sadəcə hərbi-siyasi qələbə deyil, həm də milli qürurun təntənəsi olduğunu göstərir. 32 illik həsrətdən sonra kəlbəcərlilərin doğma yurdlarına qayıtması Azərbaycan xalqının iradə və dözümlülüyünün təzahürüdür. Çadırlarda, yataqxanalarda və ağır şəraitdə yaşayan məcburi köçkünlərin doğma yurda dönüşü Azərbaycan dövlətçiliyi üçün həm mənəvi, həm də sosial-siyasi baxımdan dönüş nöqtəsidir.Dövlət başçısının nitqində xüsusi vurğulanan məqam Kəlbəcərin strateji mövqeyi idi. 1993-cü ildə Kəlbəcərin işğalı Ermənistanla o vaxtkı qondarma “Dağlıq Qarabağ” arasında genişmiqyaslı coğrafi bağlantı yaratmış və işğalın dərinləşməsinə şərait formalaşdırmışdı. Preziden cənab İlham Əliyev açıq şəkildə bildirdi ki, o dövrdə hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin xəyanətkar siyasəti strateji ərazilərin itirilməsi ilə nəticələnmişdi. Bu isə Azərbaycanın sonrakı onilliklərdə üzləşdiyi təhlükələrin əsasını qoymuşdu.Cənab Prezident çıxışında Ermənistanın pulsuz silahlarla təmin edilməsini, işğalçı dövlətə siyasi və hərbi dəstəyin verilməsini Azərbaycanın suverenliyinə qarşı beynəlxalq ikili standartların göstəricisi kimi dəyərləndirdi. Bununla yanaşı, İlham Əliyev vurğuladı ki, Azərbaycan heç vaxt bu reallıqla barışmayıb, güclü iqtisadiyyat və güclü ordu quraraq 2020-ci ildə öz haqq savaşını qələbə ilə yekunlaşdırdı. 44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın tarixi hədəflərinə çatmasını təmin etdi. Cənab Prezidentin vurğuladığı kimi, xalq və ordu bir yumruq kimi birləşərək Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Kəlbəcər isə bu kapitulyasiyanın nəticəsində bir güllə atılmadan azad edildi. Bu fakt Azərbaycanın gücünün yalnız hərbi sahədə deyil, həm də siyasi-diplomatik müstəvidə təsdiqidir. Prezident cənab  İlham Əliyevin çıxışının mühüm hissəsi Kəlbəcərin bərpası və müasir şəhər kimi yenidən qurulmasına həsr olunmuşdu. O, bildirdi ki, artıq birinci yaşayış kompleksi istifadəyə verilib, növbəti komplekslərin təməli qoyulub. Yaxın illərdə 10 mindən çox sakinin məskunlaşacağı şəhərdə infrastruktur, təhsil müəssisələri, yollar və kommunikasiya tamamilə yenilənir. Bütün bu görülən işlər Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, qayıdış prosesinin isə planlı və ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Cənab Prezident çıxışında bir daha vurğuladı ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması Azərbaycan üçün ən düzgün və rasional qərar idi. Çünki Kəlbəcərin sərt iqlimi və mürəkkəb relyefi qış aylarında böyük itkilərə səbəb ola bilərdi. Ermənistan ordusunun artıq dağılmış olmasına baxmayaraq, Murov istiqamətində möhkəmləndirilmiş istehkamların mövcudluğu əlavə çətinliklər yaradırdı. Diplomatik qələbə nəticəsində Kəlbəcər döyüşsüz qaytarıldı və bu, Azərbaycanın siyasi-hərbi üstünlüyünün bariz nümunəsi oldu.Müharibənin dayandırılmasından 2023-cü ilin sentyabrına qədər Azərbaycan addım-addım əsas hədəfə – suverenliyin tam bərpasına doğru irəlilədi.

 

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki