Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur.
Kəlbəcərə cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfəri, burada öz doğma torpaqlarına qayıdan sakinlərlə görüşü, evlərin açarlarının təqdim edilməsi tarixi hadisədir. Azərbaycan tarixinin və xalqımızın yaddaşında növbəti qürur və fərəh salnaməsidir. Kəlbəcər bu gün yenidən qurulur. Artıq onun əzəli və əbədi sakinləri doğma torpaqlarına qayıdır.
Kəlbəcər və Ağdərə rayonlarına əbədi qayıdan sakinlərlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın görüşü, onların evində olması, yaradılan şəraitlə tanışlıq olduqca önəmli hadisələrdən biridir: “Prezident İlham Əliyev də sakinlərlə görüşdə xalqımızın tarixində bu günləri önəmli hadisələr kimi həkk olunduğunu diqqətə çatdırıb. Ölkəmizin başçısı vurğulayıb ki, “doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”. II Qarabağ müharibəsindən sonra qalib və güclü Azərbaycan dövləti özünün tarixi ərazilərində 30 ilə yaxın talanıb viran edilmiş torpaqlarında xarüqələr yaradır.
Tarixə nəzər salsaq görərik ki, 90-cı illərin əvvələrində Azərbaycanda yaranmış xaosdan istifadə edən Ermənistan ölkəmizin digər əraziləri kimi Kəlbəcərin də işğalını həyata keçirərək özünün çirkin niyyətini reallaşdırmağa çalışıb. Faktiki olaraq o vaxt Kəlbəcərin işğalı ilə Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılıb.
1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq torpaqlarımızın gələcək işğalına yol açmışdı. Ölkəmizin başçısının da qeyd etdiyi kimi ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur.
Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olub. Bu gün isə Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Liderliyi ilə öz tarixinin ən qürurlu dövrünü yaşayır. Torpaqlarımız 2020-ci ilin 44 günlük müharibə nəticəsində azad edilib, 2023-cü ildəki bir günlük antiterror tədbirləri nəticəsində isə uzun on illiklər ərazilərimizdə kök salmış separatizmə son qoyulub.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru