image-qanunla-reklam
image-535120116_1320306756115766_8307836388206360855_n

Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir

image-lady-day-az

Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir

25 noyabr   2020-ci il tarixində Prezident İlham Əliyev xalqa müraciət edərkən Kəlbəcər şəhərinin və rayonun kəndlərinin yenidən qurulacağını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev digər azad edilmiş ərazilərimiz kimi, Kəlbəcərə də çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində, açılışlarında iştirak etdi, görülən, həyata keçiriləcək işlərlə tanış oldu, tapşırıq və tövsiyələrini verdi. Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün vacib olan infrastruktur layihələrinin icrası ilə müşayiət edilir və kəlbəcərlilərin doğma yurdlarına qayıdışını günbəgün yaxınlaşdırdı.  Nəhayət, həmin gün gəldi. 21 avqust tariximizə Kəlbəcər şəhərinin sakinlərinə qovuşduğu tarixi gün kimi yazıldı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunda çoxsaylı sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak etdilər, Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Görüşdəki çıxışında “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı” söyləyən Prezident İlham Əliyev bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı 30 illik işğal, 44 günlük Vətən müharibəsi, eyni zamanda, müharibədən sonrakı dövrün reallıqları barədə ətraflı məlumatın əldə olunmasında zəngin mənbədir. Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı bədnam hakimiyyətin – AXC-Müsavat cütlüyünün səriştəsizliyi, xəyanəti nəticəsində olmuşdur. Ondan sonrakı dövrün reallıqları bəllidir. Prezident İlham Əliyevin Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə vurğuladığı kimi, uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə – Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı.

Dövlətimizin başçısının çıxışlarında, o cümlədən də Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu çağırış bir daha bəyan edildi ki, əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı,  Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açıldı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Bütün bu silahlar onlara bir məqsədlə pulsuz verilirdi ki, işğal davam etsin, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki