image-qanunla-reklam
image-media-535830720_1320221712790937_4400580659550085797_n-l5au6nkp9igzsc1qh04j

Kəlbəcər həm də mineral ehtiyatları ilə də zəngindir

image-lady-day-az

Kəlbəcər həm də mineral ehtiyatları ilə də zəngindir.

Kəlbəcərin ən böyük neməti və ən doğru təyinatı turizmdir. Heç bir parametri ilə Kəlbəcər dünyanın turizm incisi sayılan Alp yamaclarından geri qalmır. Lazımi işlər görərək müasir sosial təsisatlar və infrastriktur yaradılarsa, qısa müddətdə Kəlbəcər dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilə bilər. Azərbaycan Prezidenti Kəlbəcər sakinləri ilə görüşdə rayonun turistik əhəmiyyətini qeyd edərək söylədi ki, Kəlbəcərdə “İsti su” sanatoriyası ən müasir tələblər səviyyəsində tikilir, başqa turistik obyektlərin, o cümlədən, kanat yolunun tikilməs də nəzərdə tutulmuşdur. Bu həm də iri tutumlu məşğulluq layihələridir. Kəlbəcərdə artıq kənd təssərrüfatının arıçılıq və heyvandarlıq layihələri uğurla tətbiq edilir və yaxşı nəticələr verməkdədir.

Kəlbəcərin olduqca böyük dərman bitkiləri potensialı vardır və bu potensialdan səmərəli istifadə etməyimiz lazımdır. Kəlbəcərin rəngarəng florasında 500-ə yaxın növdə dərman bitkiləri vardır ki, bu dərman bitkiləri  ürək-damar, mədə-bağırsaq, böyrək, qaraciyər, əzələ- oynaq, ağciyər,  dəri, diabet və bir çox digər xəstəliklərin müalicəsində istifadə olunur. Əgər Kəlbəcərin dərman bitkilərinin davamlı olaraq toplanmasını və sənaye üsulu ilə istehsalını təşkil edəriksə, burada bütün Azərbaycanın dərman bitkilərinə olan tələbatını ödəmək imkanı vardır. Hətta dərman bitkilərini eksport da edə bilərik.

Kəlbəcərin təbiəti nə qədər zəngindirsə, insanları da o qədər istedadlı, dürüst, mərd və çalışqandır. Təxminən bir ay qabaq Kəlbəcərdə olarkən, əslən Kəlbəcərin Sarıdaş kəndindən olan tanınmış jurnalist Elşad Eyvazlı ilə onların kəndlərinə, yaylaq yerlərinə də baş çəkdik. Elşad müəllim dərin bir kədər içində evlərinin nişanəsi olan uçulmuş divarları bizə göstərəndə həm ona təsəlli üçün, həm də elə yaxın günlərin reallıqlarını nəzərdə tutaraq dedim ki, heç fikir eləmə, evinizin bünövrəsi qalır, özü də çox möhkəmdir. İnşallah yaxın vaxtlarda eviniz də tikiləcək, kəndiniz də bərpa olunacaq. Mən bünövrəsi möhkəmdir deyəndə bugünkü Azəraycan dövlətinin qüdrətini nəzərdə tuturdum və həssas söz adamı olan Elşad bəy də fikrimi göydə tutdu, “Allah dövlətimizi qorusun!”, – deyə o, qeyd etdi.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində  “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması sülh müqaviləsinin yaxın zamanlarda imzalanmasına və Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyaların açılmasına inamımızı artırmışdır.

Biz çox inananırıq ki, sülh müqaviləsindən sonra bütün kommunikasiyalar, o cümlədən Kəlbəcərdən Vətənin qıraqda qalan yerlərinə gedən yollar da açılacaqdır.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki