Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur.
Kəlbəcər gözəl təbiətə, maddi və mədəni sərvətə, tarixi abidələrə malik ən yüksək dağ rayonudur. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilmişdir. Rayon su ehtiyatı və meşələrilə zəngindir. Bu füsünkar məkan azərbaycanlıların əsrlərlə yaşadığı dədə-baba yurdudur. Erməni işğalçılıq siyasətinin istiqamətlərindən biri məskunlaşmadır. Sanki bununla həmin ərazilərin özlərinin olmalarını dünyaya göstərəcəklər. Onlar Kəlbəcərə müxtəlif yerlərdən erməniləri köçürmüşdülər. Üçtərəfli müqavilənin şərtinə əsasən, Kəlbəcər 15 noyabrda qaytarılmalı idi. Lakin azərbaycanlıların evində qanunsuz şəkildə məskunlaşmış ermənilərin köçürülməsi üçün Azərbaycan tərəfdən əlavə on gün vaxt istənildi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması zamanı erməni tərəfi eybəcər simasını və barbarlığını, erməni vandalizmini növbəti dəfə nümayişi etdirdi. Hər zaman olduğu üçün Azərbaycan yenə də dözümlülük nümayiş etdirərək razılaşdı. Bu səbəbdən də, Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verildi. Bu, siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsidir. Əvvəl ermənilər dünya mətbuatı qarşısında utanmadan buranın 20-25 illik “sakinlikləri” olduqlarını əsas tutaraq tərk etmək istimədiklərini bildirdilər. Halbuki, 1993-cü ildə azərbaycanlılara heç bir mərhəmət göstərmədən dədə-baba yurdlarından, evlərindən didərgin salmışdılar, vəhşicəsinə qətlə yetirmişdilər. Bu göz yaşlarının işə yaramadığını görərək əsl xislətlərini ortaya qordular. Onlar Kəlbəcərdən köçərkən sökə bildikləri materialları və heyvanları özlərilə apardılar, apara bilmədikləri heyvanları öldürdülər, azərbaycanlıların tikdikləri evləri özlərinin olduğunu “əsas gətirərək” yandırdılar. Hətta meşələrdə ağacları ya kəsib apardılar, yada yandıraraq ekoloji ziyan vurdular. Dünya mətbuatının gözü qarşısında baş verən bu hadisələr bir daha erməni mənfurluğunu, nümayiş etdirdi.30 il ərzində Azərbaycan tərəfi bütün haqsızlığa səbirlə dözdü.
Qarabağ münaqişəsi siyasi masada deyil, hərb yolu ilə həllini tapdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qələbə xəbərini xalqa verərkən qeyd etmişdir: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!” Azad olunmuş ərazilərdən olan Kəlbəcərdə də tikinti-quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 02 sentyabr 2024-cü ildə Kəlbəcər rayonuna səfəri zamanı Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında, Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışında, Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında iştirak etmişlər. Dövlətimizin Başçısı Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini, Kəlbəcər şəhərində inzibati binanın təməlini, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən Şanlı Zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edildi.
Zərdab rayon Allahqulubağı kənd sakini, gənc fəal- Müsəllim İsgəndərov




















