image-qanunla-reklam
image-1638129929_261406497_609826680337772_2347801434396162541_n

Kəbə ziyarətində ölən azərbaycanlı Mədinə şəhərində dəfn olundu

image-lady-day-az

Azərbaycandan Səudiyyə Ərəbistanına, Ümrə ziyarətinə yola düşən zəvvar Mürsəlov Əli Maqmed oğlu Mədinə şəhərində vəfat edib.

Qanunla.Az  xəbər verir ki, zəvvar Ə.Mürsəlov ziyarətin 3-cü günündə qəfildən ürək çatışmazlığından və infarkt səbəbindən 80 yaşında dünyasını dəyişib.

Bildirilib ki, mərhum bu gün səhər saatlarında Mədinə şəhərində, Uhud şəhidlərinin yerləşdiyi qəbristanlıqda ailəsinin razılığı ilə dəfn olunub.

Həmçinin məlumatda qeyd olunub ki, mərhum zəvvar 3-cü aydır ki, Ümrə ziyarətinin növbəsini gözləyirmiş.

Dəfn işləri Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyi və Səudiyyə Ərəbistanında yerləşən Al-Rawda şirkətinin vasitəçiliyi ilə həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki