Qanunla.az xəbər verir ki, bu barədə İzyum Şəhər Şurasının şöbə rəisi Maksim Strelnik sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hazırda Ukrayna ordusu şəhərin tam ələ keçirilməsinə qarşı qəhrəmanlıqla mübarizə aparır, ancaq şəhərin özündə vətənə xəyanət baş verir:
“Deputatlar Anatoli Fomiçevski və Yuri Kozlov sabiq milis işçisi Vladislav Sokolov və eks-mer Aleksandr Bojkovla birlikdə rus işğalçılarla əməkdaşlıq edirlər”.
Strelnikin sözlərinə görə, onlar işğalçılara Ukrayna bölmələrinin yerini deyir, yerli aktivistlər, hərbçilər, müəllimlər və onların ailə üzvləri haqda informasiya verirlər:
“Bu şəxslər guya dövlət və şəhər hakimiyyətlərinin Kiyevi, Xarkovu və İzyumu təslim etdiyini bildirərək, blokadada olan hər kəsi rus işğalçılarla əməkdaşlığa çağırır”.


























