Bütün media nümayəndələrindən Özəlləşdirmə Çeklərini satmayan 100 minlərlə ailə adından xahiş edirik ki, bu 7 sualın cavabının alınmasında bizə köməklik edəsiniz.
Uzun illərdir ƏMDX-i XALQI ALDADIR. Bəlkə sizə hörmət əlaməti olaraq və ya sizdən qorxduqları üçün düzgün cavab verərlər.
NƏ ETMƏK LAZIMDIR?
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Eynullayev Mətin Balasən oğluna Dövlət Özəlləşdirmə Payları sahibi olan
və olmayan bir qrup media işçiləri tərəfindən ƏRİZƏ göndərilib.
Həmin ərizəni təqdim edirik:
Çox Hörmətli, Cənab Rəis!
Qiymətli Kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanması və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri Qanunvericiliklə – Mülki Məcəllə ilə əvvəllər Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızılar Komitəsinə və sonradan Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına aid olan səlahiyyətlər sonradan Qanunla Mərkəzi Banka verilmişdir.
Hörmətli Rəis
Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur.
Mülki Məcəllə
https://www.cbar.az/law-169/civil-code-of-the-republic-of-aerbaijan
Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən çıxarılması
1078-27.1.4-1. tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə;
1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
1078-27.2. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər dövlət qeydiyyatına alınmış qiymətli kağızlar dövriyyədən çıxarıldıqda, maliyyə bazarlarına nəzarət orqanı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməlidir.
1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi kütləvi informasiya vasitələrində dərc olunmalıdır.
1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.
1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.
1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
DİQQƏT EDİN – Qanunla Özəlləşdirmə Qiymətli Kağızı olan Özəlləşdirmə Pay(çek)ları – Mülki Məcəllədə göstərilən qaydalar əsasında dövriyyədən çıxarılmalı idi. Çünki Mülki Məcəllədə Qiymətli kağızların dövriyyədən çıxarılması barədə nəzərdə tutulan – 1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda – yazılmasına baxmayaraq bu Məcəllədə olan qaydadan başqa bu günə qədər heç bir başqa Qanunvericilik qaydası mövcud deyil.
Cənab Prezidentin Fərmanı ilə 01 Yanvar 2011-ci ildən Özəlləşdirmə Pay(çek)larının dövriyyədə Tədavül və Tədiyyə vasitəsi kimi istifadəsi dayandırıldı. 75 nömrəli Fərmanın 1.2-ci bəndində yazılır ki, bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları(çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır.
8 Fevral 2025-ci il tarixində AR Ədliyyə Nazirliyinin mətbuat xidmətinin mətbuat orqanlarına verdiyi Rəsmi məlumata əsasən, AR Prezidentinin 2004-cü il 11 iyul tarixli 75 nömrəli Fərmanının 1.2 bəndində qeyd edilən dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması qaydaları Hüquqi Aktların Dövlət Reyesterində mövcud deyil.
Hörmətli Rəis
Özəlləşdirmə Çeklərini satmayan bir qrup Şəhid Anaları və Müharibə Veteranları tərəfindən ƏMDX-nə verilmiş bu suallara tam aydın cavab verilmir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 20 may 2025-ci il tarixli 3-21-3/2 -Kol-237-8/2025 nömrəli Rəsmi məktubda Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığı başa düşülsə də, cavab aydın verilmir. Məktubdakı suallara cavab olaraq ancaq – Çeklərdən Tədavül və Tədiyyə vasitəsi kimi istifadə müddətinin 01.01.2011-ci ildə başa çatdığı yazılır – dövriyyədən çıxarıldığı yazılmayıb! Eyni zamanda vətəndaşların Dövlət Özəlləşdirmə Çeklərinin nə vaxt dövriyyədən çıxarılacağı barədə hələ 2016-cı ildə Əmlak Komtəsinə müraciətinə cavab olaraq onlar cənab Prezidentin sərəncamı ilə Yeni Qanun lahiyyəsində bu məsələyə baxılacağı ilə bağlı məlumat yazmışdır. Yəni, uzun illərdir ƏMDX vətəndaşların suallarına cavab olaraq heç vaxt özəlləşdirmə çeklərinin dövriyyədən çıxarıldığını yazmamışdır.
DİQQƏT EDİN
Əmlak Məsələləri Dövlət Xidmətinin 15 avqust 2022- ci ildə vətəndaşlara yazdığı cavab məktubunda Çeklərin tədavüldən çıxarıldığı, lakin hələ də Qiymətli Kağız kimi Dövriyyədən çıxarılmadığı aydın görünür.
Hörmətli Rəis
Xahiş edirik, bizim aşağıdakı 7 sualımıza aydın cavab verilməsini təmin edəsiniz.
1. Cənab Prezidentin Fərmanda göstərdiyi qaydada – yəni dövlət özəlləşdirmə çekləri Qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarıldımı?
Hörmətli Rəis.
Bu suala cavab olaraq Özəlləşdirmə Pay(çek)larından istifadə müddəti dayndırılmasına baxmayaraq, qanunvericiliklə hələlik dövriyyədən çıxarılmayıb yazılarsa – aşağıdakı 2,3,4 və 5 suallara cavab verməyə ehtiyac qalmır. Bu halda ancaq 6 və 7-ci suala cavab verməyinizi xahiş edirik.
2. Dövlət özəlləşdirmə çeklərinin emitenti kimi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmə qiymətli kağızı olan dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması üçün Qanunvericiliklə buna səlahiyyətli – çeklərin dövriyyədən çıxarılması qaydasının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət edən maliyyə bazarlarına nəzarət orqanına rəsmi müraciət edilibmi? Bu barədə qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər varmı və nə vaxt edilib?
Qanunla çeklərin dövriyyədən çıxarılması qaydasının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət edən maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri – əvvəllər Qiymətli Kağızlar Komitəsinə, sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına – indi isə Mərkəzi Banka aiddir. Qaydaya əsasən, Qiymətli Kağızların dövriyyədən çıxarılması üçün Emitent mütləq – ən birinci bu orqana müraciət etməli idi. O özəlləşdirmə çeklərinin sayı və başqa məlumatları göstərilməli idi. Əmlak Komitəsindən müraciət daxil olan zaman maliyyə bazarlarına nəzarət orqanı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməli idi və eyni zamanda maliyyə bazarlarına nəzarət orqanı qiymətli kağızların dövlət Reyestrində müvafiq qeydlər etdikdən sonra Əmlak Komitəsinə çeklərin Dövriyyədən çıxarılması qaydaları barədə yazılı cavab da Reyestrdə qeydə alınmalı və ƏMDX-nə göndərilməli idi. ƏMDX-tində belə bir cavab məktubu varmı?
Hörmətli, Rəis
Eyni zamanda Xahiş edirik, bizdə olan – Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarına və nəzarətinə qanunvericiliklə 2 cavabdeh Ali Dövlət Orqanlarının Rəsmi sənədlərinə öz münasibətinizi bildirəsiniz. Sizcə, bu iki Ali Dövlət Orqanı XALQA YALAN məlumat verib? AR QKK-sinin Rəsmi saytında 2011-2016-ci ilə qədər dövlət qiymətli kağızı kimi özəlləşdirmə çeklərinin dövriyyədə olduğu açıq aydın yazılmışdır. Belə ki, SUAL-CAVAB BÖLMƏSİNDƏ hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir? sualına cavabda deyilir ki, hazırda özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir.
https://web.archive.org/web/20160326152215/http://scs.gov.az/muraciet/m36
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ildəki 2 Rəsmi cavab məktubunda 1-ci Dövlət Özəlləşdirmə Çeklərinin tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilmədiyi yazılır və ikincisi bu səbəbdən 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur – yazılır.
3. Əgər dövriyyədən çıxarılıbsa, Qanuna – Mülki Məcəlləyə əsasən dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında məlumat qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi şəkildə kütləvi informasiya vasitələrində dərc olunubmu?
4. Əgər dövriyyədən çıxarılıbsa, bu proses hansı normativ hüquqi akta – normativ xarakterli və qeyri-normativ xarakterli akta əsasən həyata keçirildi?
5. Əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılıbsa, bu zaman Qanuna və Konstitusiyaya əsasən 100 mindən çox ailənin çeklərinin Kompensasiyası üçün pul vəsaiti kim tərəfindən ayrılmışdı və Qanunla inflyasiyadan qorunan hər özəlləşdirmə payına düşən kompensasiyanın miqdarı – nominal olaraq neçə manat qoyulmuşdur?
Hörmətli Rəis
22 Dekabr 2011-ci ildə Rüfər Aslanlı mətbuatda Azərbaycan Milli Depozit Mərkəzində 600 minədək özəlləşdirmə payı saxlandığını elan etdi. Milli Depozit Mərkəzi indi SİZİN tabeliyinizdədır. 2016-cı ilə qədər bu çeklər Milli Depozit Mərkəzində qalırdı. Bizə məlumdur ki, 1 milyona yaxın ölkə vətəndaşı özəlləşdirmə payını satmayıb saxlayır. Bu VƏTƏNDAŞLARDAN BİR adam belə Kompensasiya almayıb. Hətta əvvəllər AR QKK-də və NP-da işləmiş – bu gün Mərkəzi Bankda Şöbə müdirləri olan insanlar deyir ki, əgər özəlləşdirmə çekləri dövriyyədən cıxarılmış olsa idi birinci biz xəbər tutardıq, Ailəmizə mənsub olan Özəlləşdirmə Paylarına Kompensasiya alardıq. Onlar hamısı birmənalı olaraq özəlləşdirmə çeklərinin Qanunla dövriyyədən çıxarılmadığını söyləyirlər – lakin Rəsmi sənəd verməkdən imtina edirlər.
Hörmətli Rəis
6. Əgər Çeklər dövriyyədən çıxarılmayıbsa – Özəlləşdirmə Çekləri dövriyyədən qanunvericiliklə nə vaxt çıxarılacaq?
7. Özəlləşdirmə başlayan vaxtdan 29 il keçib və 16 ildir özəlləşdirmə çeklərsiz aparılır. Qanunla hər bir vətəndaşın Özəlləşdirmə pay(çek)ı eyni dəyərdə əmlak hüququ verən və İnflyasıdan qorunan maddi – əmlak dəyərinə malikdir. Bəzi hüquqşünas və iqtisadçı ekspertlərin təxmini hsablamalara görə 40 – 200 min manatlıq Əmlak dəyərində olduğu bildirilir. Bu səbəbdən və gələcəkdə özəlləşdirmə zamanı əvvəllər yol verilmiş səhvləri aradan qaldırmaq ücün – hər çekə düşən əmlak dəyəri qiymətinin aydınlaşdırılması ücün Dövlət Ekspertizası yaradılacaqdırmı?
P.S: Qeyd edək ki, bu barədə müraciət cənab Prezidentə də ünvanlanıb. Oxuyun:
https://ayna.az/yuzminler-adindan-prezidente-ve-ali-mehkemeye-muraciet
Xüsusi QEYD
1.Mülki Məcəllə Maddə 136.2. Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.
2. Cənab Prezident Özəlləşdirmə Pay(çek)ları Qiymətli Kağız kimi birincili olaraq yerləşdirilən zaman çeklərin həmin dövrdə qüvvədə olan QANUNLARA uyğun dövriyyədən çıxarılması qaydasını təmin etmək məqsədilə, 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanı ilə təsdiq olunmuş, indi də qüvvədə olan “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanı ilə dəyişiklər etmişdir.
3.“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək üçün, 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Сənab Prezident 28 Dekabr 2022-ci il tarixli 1933 nömrəli Fərmanı ilə dəyişiklik etmişdir və orada yazılır: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın”. Göründüyü kimi, Cənab Prezident 2022-ci ildə çeklərin yenidən istifadə olanması üçün tapşırığı ƏMDX-nə deyil, birbaşa İqtisadiyyat Nazirliyinə verib.
4. “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” 1993-cü il tarixli 445 nömrəli Qanunun 19.1-ci maddəsində deyilirdi – respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır. Məhz bu 19.1-ci maddə vətəndaşlara məxsus özəlləşdirmə paylarının istifadə edilməyən hisəsinin qanunla necə dövriyyədən çıxarılmalı olduğunu tənzimləyir. Lakin Dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün Vətəndaşların hüquqları pozuldu.
5. Prezidentin 22 iyul 2022-ci il Sərəncamı ilə 150-dən çox orta və iri müəssisənin özəlləşdirilməsi nəzərdə tutulan Yeni Özəlləşdirmə Qanununun hazırlanmasını birbaşa İqtisadiyyat Nazirliyinə həvalə etmişdir. Bu sərəncama əsasən 2025-cü ildə Yeni Özəlləşdirmə Qanunu MİLLİ MƏCLİSƏ təqdim olunmalı idi.
6. AR Nazirlər Kabintinin 2014-cü ildə (https://e-qanun.az/framework/27608 ) QƏBUL OLUNMUŞ Qərarı var. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 3 aprel 2014-cü il 94 nömrəli QƏRARINİN 5.5 bəndində yazılırdı – Xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar , dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı Azərbaycan Respublikasının müvafiq qanunlarla tənzimlənir.