image-qanunla-reklam
image-9888ccda-d9c4-3cd9-b56a-a81e202751c8_850

İtaliyada 2 minə yaxın həkim peyvənd olunmadığı üçün işdən azad edilib

image-lady-day-az

İtaliyada 2 minə yaxın həkim koronavirusa qarşı peyvənd olunmadığı üçün işdən azad edilib.

Bu barədə EFE agentliyi İtaliya Milli Tibb İdarəetmə Federasiyasına istinadən xəbər verir.

İşdən kənarlaşdırılan 1 972 nəfər ölkədə həkimlərin ümumi sayının 0,4%-ni təşkil edir.

Bundan əlavə, həkimlərə fəaliyyətinin dayandırılmaması üçün 5 gün müddətində vaxt verilib.

“Worldometer” saytının məlumatına görə, bu günə qədər İtaliyada 9,4 milyon insan koronavirusa yoluxub, 142,5 min xəstə ölüb, 6,5 milyon insan isə xəstəlikdən sağalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki