image-qanunla-reklam
image-media-65414d88-faa1-4cc9-b538-d43183496a5d_850-ymikf2cgzab03nv1t8wl

İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır

image-lady-day-az

İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır

Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə ölkəmiz arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğu dostluq münasibətlərini şərtləndirən amildir. Mükəmməl hüquqi bazaya malik ikitərəfli münasibətlər çoxşaxəlidir. Əlbəttə ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi münasibətlərin yeni mərhələdə inkişafının təzahürüdür. Bu dövlətlərarası əlaqələrin həqiqətən də, nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlanıb. Prezident İlham Əliyev Adolfo Ursoya “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirib, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə edibdir. Qonaq İtaliyanın “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirib. Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirib. Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. İki ölkənin təhsil müəssisələri arasında da əlaqələr genişlənir. Əbəs deyil ki, bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. Ölkələrimiz arasında eyni zamanda, mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi Azərbaycan və İtaliya arasında salınan körpünün daha da möhkəmləndirir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya ilə yanaşı Çin şirkətlərinin böyük payı var. İki ölkə arasında strateji iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir. Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki