image-qanunla-reklam
image-fotojet-2022-01-10t144629-597

İsveçin Baş naziri evində qeyri-qanuni mühaciri çalışdırıb

image-lady-day-az

 

İsveçin Baş naziri Maqdalena Andersson evində qeyri-qanuni mühaciri çalışdırıb.

“Haber Global” məlumat verir ki, polis baş nazirin evində əməliyyat keçirərək faktın üstünü açıb.

Maqdalena Andersson açıqlama verərək bildirib ki, təmizlik şirkət tərəfindən aldadılıb.

Qeyri-qanuni işləyən Nikaraquadan olan 25 yaşlı təmizlik işçisi polisə verdiyi ifadəsində 2020-ci ilin yazında deportasiya əmri verildikdən sonra qeyri-qanuni işlədiyini etiraf edib.

Qadın həmçinin 2020-ci ilin payızında Stokholmdakı bir mağazada oğurluq etməkdə təqsirli bilinib.

Təmizlik şirkəti hadisədən sonra verdiyi açıqlamada qadının onlara başqa təmizlik şirkəti tərəfindən göndərildiyini iddia edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki