image-qanunla-reklam
image-1650268999_2996157

“İsraili ürəyindən vuracağıq” – İran lideri

image-lady-day-az

İran prezidenti İbrahim Rəisi Tehranda keçirilən Ordu günü tədbirində iştirak edib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə  çıxış edən İran lideri İsraillə bağlı bəzi açıqlamalar verib.

“Sionist rejim bunu bilməlidir: Əgər ölkəmizə doğru ən kiçik bir addım atsanız, silahlı qüvvələrimiz sizin ürəyinizdən atəş açacaq”,  – deyə  o, İsraili hədələyib.

Sonda çoxlu sayda hərbçinin və İnqilab Keşikçiləri Korpusunun komandirlərinin qatıldığı tədbirdə əsgərlər parad və paraşüt bölmələri nümayiş keçirilib.

Qeyd edək ki, İran 2015-ci il nüvə sazişini canlandırmaq üçün bir ildən çoxdur ki, Qərb ölkələri ilə danışıqlar aparır. Danışıqlar keçən ay ABŞ-ın İran İnqilab Keşikçiləri Qvardiyasını terrorçular siyahısından çıxarmaq qərarı ilə bağlı qeyri-müəyyənlik fonunda dayanıb.

Nüvə sazişini tanımaqdan imtina edən İsrail bundan əvvəl də İrandakı bəzi nüvə hədəflərinə hücumlar həyata keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki