image-qanunla-reklam
image-aa13417d10bbf0fbbabd72e1ceddec77

İsrail ordusu Qəzzada bir gündə 150 hərbi hədəfi vurdu

image-lady-day-az

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında yerləşən 150-dən çox hərbi hədəfə aviazərbələr endirib.

Qanunla.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri – CAXAL rəsmi məlumat yayıb.

Ordu rəsmilərinin açıqlamasına görə, hava hücumları zamanı hədəf alınan obyektlər arasında “terrorçu qruplaşmaların üzvləri”, “yeraltı tunel infrastrukturları”, “hərbi obyektlər” və “snayper mövqeləri” olub. Bildirilib ki, bu hücumlar HƏMAS və digər silahlı qruplaşmaların hərbi potensialını zəiflətməyə yönəlib.

Həmçinin Qəzzanın şimalında yerləşən Cəbalıya (Jabaliya) qaçqın düşərgəsində baş verən genişmiqyaslı dağıntıların görüntüləri sosial şəbəkələr və beynəlxalq media vasitəsilə yayılıb. Kadrlarda çoxsaylı yaşayış binalarının və infrastrukturların tamamilə dağıldığı görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki