image-qanunla-reklam
image-97af4fb3160658829076437669110107994

İşğaldan azad olunmuş ərazilər

image-lady-day-az

İşğaldan azad olunmuş ərazilər

 

27 sentyabr 2020-ci il tarixi millətin yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Məhz həmin tarix ilə uzun illərdir davam edən Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr bununla bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz düşmənə “dəmir yumruq” ifadəsinin nə olduğunu, necə olduğunu anlatdı. Ordumuzun sentyabrın 27-də Qa­rabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Xüsusilə Şuşa uğrunda döyüşlər Vətən müharibəsinin zirvəsi oldu. Qayalıq və keçilməz yolları aşaraq, əlbəyaxa döyüşlərlə şəhərə daxil olan Azərbaycan əsgərləri böyük rəşadət göstərdilər. Şuşanın azadlığı həm hərbi, həm də mənəvi baxımdan qələbənin əsas rəmzinə çevrildi və düşməni təslim olmağa məcbur etdi.

Müharibə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla başa çatdı. Bu sənəd Azərbaycanın tarixi ədaləti bərpa etdiyini təsdiq etdi. Qələbə xalqımızın mübarizliyi, dövlətimizin gücü, şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı sayəsində qazanıldı.

44 günlük Vətən müharibəsi yalnız hərbi-siyasi uğur deyil, həm də milli birliyin və vətənpərvərliyin parlaq nümunəsidir. Bu qələbə Azərbaycan xalqının əbədi qürur mənbəyi olaraq qalacaq və gələcək nəsillərə mübarizlik, azadlıq və vətən sevgisi dərsi verəcək.

44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında  güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu gün də revanşist hisslərlə yaşayan, vaxtaşırı baş qaldırmağa çalışan erməni cəmiyyəti və hakim dairələri bilməlidir ki: Dəmir yumruq yerindədir!

 

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki