İranın Nüvə Təhlükəsizliyi üzrə Milli Mərkəzi ABŞ və İsrailin həyata keçirdiyi raket zərbəsi nəticəsində İsfahandakı nüvə obyektinin ciddi zədələndiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, rəsmi məlumatda hücumun İranın nüvə infrastrukturlarından birinə yönəldiyi və nəticədə obyektə əhəmiyyətli texniki ziyan dəydiyi bildirilib.
Mərkəzin açıqlamasında qeyd olunub ki, hadisədən dərhal sonra mütəxəssislər əraziyə cəlb edilib və radiasiya təhlükəsi ilə bağlı monitorinq aparılıb. İlkin yoxlamalara əsasən, ətraf mühitdə radiasiya çirklənməsi və ya radioaktiv yayılma qeydə alınmayıb.


























