image-qanunla-reklam
image-screenshot_20251207_155559_com_lemon_lvoverseas_editactivity

İş yoldaşının başından stəkanla vurub öldürdü – Məhkəmə Hökmü

image-lady-day-az

Bakıda iş yoldaşının başına stəkan vuraraq öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

“Qanunla.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda ona hökm oxunub.

Hökmə əsasən, Möhsün Abdullayev 9 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov məhkəməyə təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, Möhsün Abdullayev 1970-ci ildə Gədəbəy rayonunda anadan olub. 1997-ci ildə zorlama əməlinə görə məhkum olunub, “Avrasiya İnşaat” ASC-də qəlibçi işləyib. Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib.

İfadəsi zamanı Möhsün Abdullayev iş yoldaşını masanın üzərindən götürdüyü stəkanla cəmi bir dəfə vurduğunu qeyd edib. Onun sözlərinə görə, buna Bahadur Tağıyevin onu əsassız yerə söyməsi səbəb olub. Prokuror təqsirləndirilən şəxsə istintaqda fərqli ifadə verdiyini bildirib.

İttihama görə, Möhsün Abdullayev masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.

Amma məhkəmə zalında Möhsün Abdullayev bildirib ki, məqsədi qisas olmayıb, sadəcə Bahadurun əlindən çıxmaqdan ötrü onu stəkanla vurub.

Möhsün Abdullayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki