image-qanunla-reklam
image-1639340443-60aa0e197f46f60aa0e197f470162175746560aa0e197f46d60aa0e197f46e-1

İranda partlayış – Ölənlər var

image-lady-day-az

İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.

Qanunla.Az xəbər verir ki, Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Maleki partlayışın yerli vaxtla saat 18:44-də baş verdiyini və bu barədə məlumatdan sonra bölgəyə 3 yanğınsöndürən maşının göndərildiyini bildirib. “Partlayış binaya, eləcə də ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ziyan vurub”, – Maleki deyib.

İlkin məlumata görə, partlayışa binadakı oksigen balonları səbəb olub. “Dağıntılar altında ağır yaralanan 2 nəfər xilasetmə qrupları tərəfindən çıxarılıb, lakin onlar aparıldıqları xəstəxanada həyatını itirib”, – o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki