image-qanunla-reklam
image-1642794088-gas-pipelines_140215-1642792916-1-1

İran Türkiyəyə qaz tədarükünü bərpa edib

image-lady-day-az

İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Shana xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 19-da yaranan və qazın nəqlinin 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki